Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17 İyun ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur

16/06/2022
Ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün maraqlı tarixçəsi var və öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətindən götürür. 1918-ci il mayın 28-də Azərbaycan dövlət müstəqilliyini elan edəndən az sonra Milli hökumət iyunun 16-da Tbilisidən Gəncəyə köçüb. Ertəsi gün hökumətin kabinetində ilk səhiyyə və sosial təminat naziri vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb. Bu səbəbdən tibb işçilərinin peşə bayramı iyunun 17-ə təsadüf edir.
Həkim vəzifəsi müqəddəsdir. Necə ki, müəllim vəzifəsi də müqəddəsdir. Əlbəttə, hər bir peşə hansısa amala xidmət edir ki, bunun son məqsədi də digər insana, insanlar toplusuna, cəmiyyətimizə hansısa xeyiri verməkdir. Ancaq həkimin işi ona görə müqəddəsdir ki, o, tək xidmət etmir, ondan, onun əməlindən digər insanın həyatı asılıdır.
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasının kollektivi ilə birlikdə təşkil edilən tədbirdə tibb işçiləri ilə bir araya gəldik. Görüşdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, millət vəkili həmkarlarım İlham Məmmədov, Arzu Nağıyev, Ülvi Qiliyev, Səbinə Xasayeva, Müşfiq Məmmədli iştirak edirdilər. 
Həkimlərimiz son iki ildə qəhrəmanlıq tariximizə düşüblər. Vətən müharibəsində 159 hərbi tibb işçisi yaralanıb, 42 tibb işçisi xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Onlardan 9-u həkim, 7-si feldşer, 26-sı sanitardır. Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova da tibb işçisi olub.
Covid-19 pandemiyası zamanı insanların müqəddəratı həkimlərdən asılı olub. Tibb işçiləri öz rahatlıqları, evdəki rifahlarını bizlər üçün fəda ediblər 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ