Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


2022-ci ilin ilk yarısını geridə qoyduq

13/07/2022
Dəyərli seçicilərim!
Əziz dostlar! 
2022-ci ilin ilk yarısını geridə qoyduq. Bu yarım il ərzində xalqımız və dövlətimiz adına neçə - neçə uğurların şahidi olduq. Ölkəmiz Prezident cənab İlham Əliyevin rəhbərliyi altında inamla irəliləyir. Qarabağda və Şərqi Zəngəzurda quruculuq-abadlıq işləri davam edir. Gələn ilin sonunda mədəniyyət paytaxtımız olan Şuşada inşa edilən yeni mənzillər sahiblərinə təqdim olunacaq. Qalib ordumuz daha da möhkəmlənir. İqtisadi nailiyyətlərimiz hər birimizi sevindirir. Bu ilin ilk 5 ayı ərzinə olan iqtisadi göstəricilərə əsasən, müstəqillik tariximizin ən iri dövlət büdcəsinin gəlirləri daha da artıb.
Təbii ki, dövlətimizin güclənməsi fonunda rayonumuzda və dairəmizdə də əhalinin rifahı və rahatlığına yönəlmiş fəaliyyət davam edir. Milli Məclisin 17 saylı Yasamal üçüncü seçki dairəsindən millət vəkili olaraq mən də  fəaliyyətimlə sakinlərimizin qarşılaşdıqları çətinliklərin həllinə yardımçı olmağa, onların mümkün qədər həllinə çalışıram. 
Deputatlıq fəaliyyətimin arxada qalan iki ilində yaranmış ənənəyə əsasən, hər ilin sonunda sosial şəbəkələrdəki hesablarımdan ilboyu görülən işlərə dair hesabatı paylaşıram. Bu il qərara gəldik ki, ilk yarım ilin də hesabatını verək. Aşağıda diqqətinizə 2022-ci ilin 6 ayı ərzində görülmüş işlərin infoqrafikası təqdim olunur
Hesabatın son hissəsi gördükləri işə böyük önəm verdiyim və dəstəklədiyim, ölkəmizin vətənpərvər gənclərini bir araya gətirən "Qorqud" Vikipediya Metodik Klubun fəaliyyətinə həsr olunub. Bu ilin yanvar ayından etibarən cənab Prezidentin 2022-ci ili "Şuşa ili" elan etməsi ilə əlaqədar gənclərimiz "Vikipediyada Şuşa ili - 270+" aksiyasına start veriblər. İlin ilk 6 ayı ərzində platformada 20 dildə 150-dən çox yeni məqalə yaradılıb 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ