Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Bu gün həmkarlarımla birlikdə ADA Universitetində almaniyalı alim, professor, türkoloq Mixael Reynhard Hessin müəllifi olduğu "Şuşanın irsi

04/07/2022
Bu gün həmkarlarımla birlikdə ADA Universitetində almaniyalı alim, professor, türkoloq Mixael Reynhard Hessin müəllifi olduğu "Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu" kitabının təqdimat mərasimində iştirak etdik. Kitab Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi, komitənin sədri Rövşən Rzayevin ciddi əməyi ilə ərsəyə gəlib. 
Kitaba keçmədən öncə qeyd edim ki, müəllif cənab Hess kimi əcnəbi elm adamlarına çox böyük ehtiyacımız var. Almaniyalı türkoloqun Şuşa haqqında kitabı ermənilərin yalan və saxtakarlıq üzərində dayanan təbliğatı fonunda dövrümüzün ən vacib tələbatlarından biridir. Cənab Hess təmiz Azərbaycan dilində danışır, heç bir qüsursuz. Bu da onu göstərir ki, onun bizim tariximizə marağı olduqca ciddidir.
Bildiyiniz kimi, 2 ilə yaxındır ki, Vikipediya sahəsində könüllü olaraq çalışan gənclərimizi dəstəkləyirəm. Gördüyüm budur ki, onların xüsusilə Qarabağ və bu bölgəmizin tarixi mövzularında duyduqları ən böyük ehtiyac məhz Avropada, Qərbdə nəşr olunmuş, həqiqəti əks etdirən elmi ədəbiyyatdır. Bu sahədə ciddi qıtlıq var. Bu baxımdan, hesab edirəm ki, cənab Hessin yazdığı kitab, toxunduğu mövzular nə qədər çox olarsa, bundan elmimizlə yanaşı, təbliğatımız da udar. 
Bir daha Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin əziyyəti keçən əməkdaşlarına və şəxsən Rövşən müəllimə təşəkkür edirəm. Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ