Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş qardaş Pakistanın parlament nümayəndə heyətini vətənə yola saldıq
01/07/2022
Bu gün Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək üçün ölkəmizə gəlmiş qardaş Pakistanın parlament nümayəndə heyətini vətənə yola saldıq. Nümayəndə heyətinin rəhbəri, Pakistan senatının sədri cənab Məhəmməd Sadiq Sancrani Azərbaycanın səmimi dostudur. Həqiqətən də cənab Sancrani ilə tanışlıq və ünsiyyətimiz Pakistan xalqı və dövləti haqqında təsəvvürlərimizi daha da zənginləşdirdi.
Bir neçə kəlmə də senator, federal nazir Məhəmməd Talha Mahmud barədə qeyd etmək istəyirəm. Xalqımızı qəlbən sevir və dövlətimizi dəstəkləyir. Xocalı faciəsinin may ayında parlament tərəfindən soyqırımı olaraq tanınmasında cənab Mahmudun böyük zəhməti olub
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.