Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

07/06/2022
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. İclasda maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, təhsil nazirinin müavini İdris İsayev, kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İH-nin sədri Zaur Əliyev də iştirak edirdilər.
Gündəliyə 7 məsələ daxil edilmişdi. Öncə “Ələt azad iqtisadi zonası haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) müzakirə olundu. Komitə sədri Tahir Mirkişili bildirdi ki, azad iqtisadi zonada qeydiyyatdan keçən bütün hüquqi şəxslər vergilərdən azaddır, gəlir vergisinin dərəcələrini isə Ələt AİZ-in səlahiyyətli qurumu müəyyən edir. Azərbaycan şirkətləri zonaya mal və xidmət satdıqda ixrac əməliyyatı sayıldığı üçün ƏDV və rüsumlardan azaddır. Ələt AİZ ofşor zona deyil, ona görə də azad zonada cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyin müddəaları tətbiq edilir

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ