Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Milli Qurtuluş Gününü qeyd etdik

14/06/2022
Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi,  millət vəkili həmkarlarım Sadiq Qurbanov , Səbinə Xasayeva və Ulvi Quliyev , hüquq-mühafizə orqanlarının rəhbərliyi, rayonumuzun ictimai-siyasi həyatında fəal iştirak edən ziyalılarımız, professor-müəllim heyəti ilə birgə Yeni Azərbaycan Partiyasının yerli təşkilatının binasında bir araya gələrək Milli Qurtuluş Gününü qeyd etdik. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu tarixi günlə bağlı məruzə ilə çıxış etdilər.
Qurtuluş gününün bizim üçün anlamı, əhəmiyyəti nədir? Bu tarix Azərbaycan xalqı üçün sülh, rifah, sabaha inam, iqtisadi təməl, təhlükəsizlik, dövlət təminatı deməkdir. Bütün bunlar isə məcmu halda Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığımız zəfərimizdir. 15 iyunda Heydər Əliyevin imzası və xalqımızın dəstəyi ilə uzun və şərəfli yola çıxmış müasir müstəqil dövlətçiliyimizin əsası qoyulub. Prezident cənab İlham Əliyev bu təməl üzərində qurulmuş dövlətimizi iqtisadi, diplomatik, hərbi qələbələrə çatdırıb. Hər birimizin bu şanlı yolda növbəti qələbələrə, xalq və dövlət olaraq qarşımıza qoyduğumuz məqsəd və hədəflərə çatacağımıza inam və əminliyimiz hədsizdir 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ