Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
MM-in Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının nümayəndələri ilə görüşü keçirilib
06/12/2022
Dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Azərbaycanda Pərakəndə Geyim İdxalçıları Assosiasiyasının nümayəndələri ilə görüşü keçirildi. Görüşdə bu sektorda çalışan sahibkarları maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi apardıq, onları narahat edən problemləri, irəli sürdükləri təşəbbüs və təklifləri dinlədik.
Şübhəsiz ki, bu görüşün sözügedən sahədə çalışan iş adamlarının qayğıları ilə yaxından tanış olmaq baxımından böyük önəmi var. Ümumiyyətlə, VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin işindəki mühüm özəlliklərdən biri də iqtisadiyyyatın müxtəlif sektorlarının təmsilçiləri ilə keçirilən belə görüşlərdir. Bu görüşlərin daha bir hədəfi qanunvericilik prosesində özəl sektorun ehtiyyaclarını yaxından öyrənmək və nəzərə almaqdır.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.