Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Növbəti seçici qəbulu keçirildi
07/12/2022
Bu gün növbəti seçici qəbulunu keçirdik. Qəbulda dairəmizin sakinləri ilə yanaşı, müxtəlif problemlərinin həllinə kömək istəyən və ya məsləhətə ehtiyac duyan vətəndaşlarımız da iştirak edirdi. Dairəmizin 4 qəhrəman övladı - qazi və müharibə iştirakçısı ilə bir daha görüşdük. Onları görmək, dinləmək hər zaman xoşdur və hər birimiz üçün qürurvericidir. Bir qazimizlə övladları da gəlmişdi. Ataları kimi aslan ürəklidirlər, cəsur övlad tərbiyyəsi alırlar.
Şəhid anası və şəhid atası ilə söhbətləşdik, qayğıları ilə maraqlandıq. Onları narahat edən məsələləri nəzarətə götürdük.
Görüşdə qaldırılan problemlər müxtəlif səpkilidir. Mənzil, məşğulluq, pensiya və s. Günü sabahdan səsləndirilən problemlərin çözümü istiqamətində lazımi işlərə start veriləcək.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.