Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Parlamentlərarası komissiyanın onlayn-formatda keçirilən 17-ci iclasında iştirak etdik

22/06/2022
Bu gün Azərbaycan Respublikasının Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin əməkdaşlıq üzrə Parlamentlərarası komissiyanın onlayn-formatda keçirilən 17-ci iclasında iştirak etdik. İcras ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cü ildönümünə təsadüf etdiyindən bu hadisə ətrafında fikir mübadiləsi aparıldı. Dövlətlərarası münasibətlər parlamentlərarası əməkdaşlıq prizmasından qiymətləndirildi. Eyni zamanda, hazırki əlaqələr və mümkün perspektivlər ətrafında fikir mübadiləsi aparıldı.
Rusiya ilə turizm sferasında ciddi əməkdaşlıq perspektivləri var. Hər iki tərəf bu istiqamətdə təmasları intensivləşdirməkdə maraqlıdır. Təbii ki, parlamentarilər də bu perspektiv və potensialın reallığa cevrilməsi üçün öz tövhələrini verməyə hazırdırlar.
Müzakirə etdiyimiz digər məsələ 18-ci iclasa hazırlıqla bağlı oldu. Bu kontekstdə parlamentlərarası komissiyanın fəaliyyət planı müzakirə olundu və 18-ci iclasa hazırlıq prosesinə start verildi. İclasda komissiyanın həmsədri, Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, həmkarlarım – Nizami Səfərov, Mixail Zabelin, Ağalar Vəliyev, Arzu Nağıyev, Azər Badamov, Sevinc Hüseynova, Emin Hacıyev və Rasim Musabəyov, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin Protokol sektorunun müdiri İlqar Nəbiyev iştirak edirdilər ⬇️

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ