Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
Qarşımızda duran ən vacib məqsədlərdən biri də yeni nəslin sağlam, fiziki cəhətdən güclü olmasıdır
10/07/2022
Dünən həmkarımız, Milli Məclisin deputatı Soltan Mammadovun təmsil olunduğu 14 saylı Xəzər seçki dairəsinin ərazisində yerləşən 262 nömrəli tam orta məktəbdə yenidən qurulmuş futbol və basketbol meydançalarının açılışında iştirak etdik. İdman qurğularının yenidən qurulması Heydər Əliyev Fondunun rəhbərliyinin, Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin və Xəzər rayon icra hakimiyyətinin dəstəyi ilə ərsəyə gəlib.
Bu meydançalar məktəbdə təhsil alan uşaqların fiziki cəhətdən sağlam böyümələrinə təsir etməklə yanaşı, onları idmana həvəslənmələri üçün vacib stimul rolunu oynayacaq. Qarşımızda duran ən vacib məqsədlərdən biri də yeni nəslin sağlam, fiziki cəhətdən güclü olmasıdır.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.