Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


Qurtuluş Gününə həsr olunmuş dəyirmi masada iştirak etdik

13/06/2022
Bu gün həmkarım Ramin Məmmədovla Texniki Universitetdə  Qurtuluş Gününə həsr olunmuş dəyirmi masada iştirak etdik. Tədbir universitetlə Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı tərəfindən birgə təşkil olunmuşdu. Ümumiyyətlə, Texniki Universitet ölkəmizin həyatında baş vermiş, tariximizdə xüsusi yeri olan günlərə və hadisələrə bəslədiyi önəmlə diqqəti cəlb edir. Ali məktəbin məzunları torpaqlarımızın azad olunmasında yüksək fəallıq göstəriblər. Məzunlar və tələbələr arasında qazilərimiz və şəhidlərimiz var. Onlardan biri də dairəmizin şəhidi Cavadov Mahmud Heydər oğludur.
Tədbir çərçivəsində Texniki Universitetin bir sıra əməkdaşları və tələbələrinə Yeni Azərbaycan Partiyasına üzv qəbul olunmaları münasibəti ilə vəsiqələrini təqdim etdik. Ali məktəb bir elm və təhsil mərkəzidir. Texniki Universitet isə kollektivin və başda rektor Vilayət Vəliyev olmaqla professor-müəllim heyətinin yüksək ictimai fəallığı baxımdan, həm də vətənpərvərlik ocağıdır.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ