Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/01/2022

20 Yanvarda Şəhid olmuş bacı və qardaşlarımızın ailələrini yad etdik

20 yanvar 1990-cı ildə xalqımıza qarşı törədilmiş qanlı terror nəticəsində Yasamal rayonu 23 şəhid verib. Hazırda rayonumuzun 44 sakini 20 yanvar əlilidir. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı və Yasamal Bələdiyyəsi ilə birgə xalqımızın müasir tarixinin ən faciəvi günlərindən birində xəsarət almış sakinlərimizi, şəhid olmuş bacı və qardaşlarımızın ailələrini yad etmək qərarına gəldik. 
Bu gün və sabah 67 ünvana ərzaq payımız çatdırılacaq. Bu nəcib aksiyada bizə dəstək verdiyinə görə Yasamal Rayon İcra Hakimiyyətinə, sosial tərəfdaşlarımıza, hər zaman yanımızda olan dostlarımıza, ayrıca olaraq logistik təminata görə "Royal Ekspress" şirkətinə təşəkkürümü bildirirəm. 
20 yanvar faciəsi ilə bizi 32 il ayırır. Xalqımızın müstəqillik istəyinə qarşı yönəlmiş bu aqressiya bizi əyə, ruhumuzu sındıra bilmədi. Vətən müharibəsindəki qələbəmizə doğru uzun yolun əsasını məhz 20 yanvarda şəhid olmuş bacı və qardaşlarımız qoyublar. 
Tariximizin hər belə günü bizi daha həmrəy edib, daha da gücləndirib. Şəhidlər ölməz, Vətən bölünməz! Unutmadıq!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ