Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


ASEAN PA-dan Azərbaycana müsbət cavab

24/11/2022

Noyabrın 23-də Milli Məclis ASEAN Parlament Assambleyasına müşahidəçi üzv qismində qəbul edilib. Prosedura əsasən, üzvlüklə bağlı müraciət 2-3 il ərzində araşdırılır. Azərbaycan parlamentinin müşahidəçi qismində üzvlüyü isə cəmi 1 aya dəstəklənib və qəbul edilib.

ASEAN dövlətləri bizim üçün yeni bir regionu təmsil edirlər. Bizim burada müttəfiqlər əldə etməyimiz lazımdır. ASEAN PA-nın bir sıra üzvləri bizim sədrlik etdiyimiz Qoşulmama Hərəkatının da üzvləridirlər. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının önəmi bizim üçün çox böyükdür. Bizim bu təşkilatdakı nüfuzumuz çox yüksəkdir ki, bu, özünü ən parlaq formada 44 günlük müharibə ərzində göstərdi. BMT-də Böyük Britaniya ilə yanaşı məhz Qoşulmama Hərəkatından olan dostlarımız bizə dəstək durdular. Eyni zamanda, ASEAN PA-ya üzvlüyə yeni namizədlər də var ki, onların da bir qismi Qoşulmama Hərəkatının üzvləridirlər.

Bir sözlə, ASEAN PA müstəvisində təmsilçiliyimiz ciddi perspektivi olan istiqamətdir və parlament diplomatiyamızın ciddi uğurudur.

Üzvlüyümüz barədə REAL TV-yə danışmışam.



Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ