Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


İlə yekun vururuq

30/12/2021
Dəyərli seçicilərim!
2021-ci il başa çatır. Bu il ərzində bir-birimizi daha yaxından tanımaq imkanımız oldu, görüşlərimizin sayı artdı, daha sıx ünsiyyət qurmağa nail olduq. Ənənəvi qəbullar zamanı qaldırılmış problemlərin həllinə çalışdıq, bəzilərinə dövlət strukturlarına müraciət etməklə, bir qismini öz gücümüzlə, digər hissəsinə isə sosial tərəfdaşlarımızın dəstəyi ilə çözüm tapdıq. Ötən il Yasamal Rayon İcra Hakimiyyəti və "Azərişıq" ASC-nin yaxından köməyi sayəsində dairəmizin küçə və dalanlarına, habelə həyətlərinə asfalt salmağa və işıqlandırmaya nail olduq. Güman edirəm ki, gələn il ərzində də bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.
2021-ci ildə sosial xarakterli aksiyalarımız oldu. Sakinlərin fərdi problemlərinin həllinə köməklik göstərməyə çalışdıq. Məktəblilərimizi daha yaxşı təhsilə həvəsləndirmək üçün layihə həyata keçirdik. Gənclərimizin məşğulluq probleminin çözülməsinə köməklik göstərmək istədik. Vətən müharibəsi qazilərimizin səsinə səs verməyə, şəhidlərimizin yaxınlarını unutmamağa çalışdıq. Övladlarımızı sağlam həyat tərzinə alışdırmaq məqsədilə 3 ünvanda süni örtüklü kiçik futbol meydançasının inşasını reallaşdırdıq. Düşünürəm ki, gənclərimizin idmanla məşğul olmaları üçün başqa aksiya və layihələrimiz də olacaq. Təbii ki, bu il edə bilmədiklərimizi gələn il gerçəkləşdirməyə çalışacağıq.
Beləliklə, ilin sonudur və deməli, hesabat vermək vaxtıdır. İlboyu görülən işlər barədə sosial şəbəkə hesablarımdan mütəmadi paylaşımlar edilib. Bununla belə, bir qədər yığcam halda statistik göstəricilərdən ibarət infoqrafika vasitəsilə 2021-ci ilə yekun vururuq

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ