Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


21/04/2022

Hesablama Palatasının hesabatı dinlənildi

Dünən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının hesabatı dinlənildi. Komitə sədri Tahir Mirkişili bildirdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə iqtisadi islahatların həyata keçirilməsi, dövlətin sahibkarlara verdiyi ciddi dəstək və pandemiyanın yaratdığı böhranın uğurla idarə edilməsi, 2021-ci ildə əldə olunan iqtisadi artımlar, COVID-19-la mübarizə çərçivəsində dövlət büdcəsindən ayrılan xərclərin monitorinqi hesabatda əks olunub. Palatanın fəaliyyətində rəqəmsallaşmanın 70%-ə qədər yüksəlməsi ən çox nəzərəçarpan müsbət cəhətlərdən biridir.
Bütövlükdə Hesablama Palatasının hesabat dövründə daha çox səmərəlilik auditinin inkişaf etdirilməsinə üstünlük verməsi tədqirəlayiqdir. Hesabat dövrü ərzində palatanın planlaşdırmada nəzərdə tutulan nəzarət tədbirləri əsasən icra edilib.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, 2021-ci il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrik siyasəti ilə əldə edilən Zəfərin siyasi-diplomatik müstəvidə möhkəmləndirdilməsi, işğaldan azad olunmuş ərazilərdə geniş miqyaslı bərpa-quruculuq işlərinin görülməsi ilə yadda qalıb. Hesablama Palatası 2021-ci ildəki fəaliyyətini dövlət başçısının dövlət qurumları qarşısında müəyyənləşdirdiyi vəzifələrə uyğun olaraq həyata keçirməyə çalışıb.
Təqdim olunan hesabatın Hesablama Palatasının fəaliyyətinin 20 illiyinə təsadüf etdiyini deyən Vüqar Gülməmmədov bildirdi ki, sənəd “2021-2025-ci illər üzrə Strateji Plan”a uyğun 2021-ci il üçün planlaşdırılmış və icra edilmiş fəaliyyətləri, illik iş planında nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri və cari fəaliyyət ilə bağlı məlumatları əks etdirməklə 7 bölmədən ibarətdir.
Milli Məclisin sədri Sahibə Qafarovanın tövsiyəsinə əsasən Hesablama Palatasının hesabatının müzakirəsinin əhatəliliyini artırmaq və keyfiyyətini daha da yüksəltmək məqsədilə iclasa müxalifətdən parlamentdə təmsil olunan deputatlar, ictimai təşkilatların nümayəndələri də dəvət olunmuşdular. Hesabat ətrafında səmərəli fikir mübadiləsi aparıldı.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ