Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/01/2023

Parlamentin yaz sessiyasının ilk komitə iclası keçirilib

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü il yaz sessiyasında ilk iclası keçirilib. İclasda müzakirəyə 22 məsələ çıxarılılıb. 2022-ci il Azərbaycan iqtisadiyyatı üçün uğurlu il olub. Dünyada baş verən böhrana baxmayaraq,  Prezident  İlham Əliyevin apardığı siyasət nəticəsində ölkənin  iqtisadi əlaqələri daha da genişlənib, iqtisadiyyatın ümumi parametrlərində artım müşahidə olunub. Komitə sədri Tahir Mirkişili bildirib ki, ötən il Ümumi Daxili Məhsul 4,6 faiz artaraq 134 milyard manatdan çox olub,  qeyri-neft sektoru 9,1 faiz artaraq 70 milyard manatı keçib. 

Bununla yanaşı, ölkənin kənd təsərrüfatı sahəsində məhsul istehsalı 3,4 faiz artaraq 11 milyard manatlıq göstəricini keçib və bu, ərzaq təhlükəsizliyinin təmin olunması məsələsində, habelə əhalinin məşğulluq səviyyəsinin artmasında xüsusi əhəmiyyət kəsb edən amildir. 2022-ci ildə əhalinin nominal gəlirləri 20,5 faiz artaraq 70 milyard manata çatıb.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ