Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


01/12/2022

Qətnamələrin müəllifləri erməni diasporunda oturanlardır

Fransa senatının qəbul etdiyi qətnaməyə baxanda ilkin təəssürat müəlliflərin sanki coğrafiyadan, çox uzaq deyil, yaxın keçmişdən, tarixdən belə xəbərləri olmamasıdır ki, fikrimcə, ya müəlliflər erməni diasporunda oturanlardır, yaxud da fransalı senatorlar və deputatlara sadəcə səs vermək qalıb.


Senatın ardınca Fransanın Milli Assambleyasının Azərbaycana münasibətdə qərəzli qətnamə qəbul etdiyini deyən deputat vurğulayıb ki, Paris bu qətnamələrlə Azərbaycana təzyiq edə bilməyəcək:


“Fransa Senatı, ardınca da Milli Assambleyasının qəbul etdikləri qətnamələr bu ölkənin BMT Təhlükəsizlik Şurasının üzvlüyü kimi mötəbər statusdan xırda intriqalar aparan dövlət imicinə yuvarlanmasının göstəricisidir. Bunu sübut etmək elə də çətin deyil. Senatın qəbul etdiyi qətnaməyə baxmaq kifayətdir ki, onun savadsızcasına tərtib olunmasına əmin olasan. Onlar intriqaya, qisasa elə kökləniblər ki, o boyda dövlətin qanunverici orqanının qəbul etdiyi qətnamə belə savadsızcasına hazırlanıb. Əminəm ki, Milli Assambleyanın qəbul etdiyi - əgər buna sənəd demək olarsa, - həmin o kağız parçasının da müəllifləri eyni adamlardır”.


Təbii ki, Makron hakimiyyətinin bu addımlarla müəyyən hesabları, gözləntiləri var. Makron ilk gündən özünü türk düşməni kimi göstərib, hərçənd Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan onu həmişə yerinə oturdur. Bununla belə, Fransanı Türkiyənin Aralıq dənizi, Cənubi Qafqaz və Orta Asiyada artan nüfuzu Parisi narahat edir. Fransanın əsas niyyəti Cənubi Qafqazda möhkəmlənməkdir ki, bunu da Ermənsistan vasitəsilə etməyə çalışır. Fransa Rusiyanın da zəifləməsindən yararlanmaq istəyir və Paris-Afina-Yerevan üçbucağı vasitəsilə Türkiyəyə təzyiqlər etmək arzusundadır. Aralıq dənizində Türkiyə ilə rəqabət aparır. Cənubi Qafqaza nüfuz etməklə Türkiyənin diqqətini bir növ yayındırmaq məqsədi güdür. Ancaq bu istəyinə də nail ola bilməyəcək.


Qəbul edilən sənədlər riyakarlıq nümunəsi olmaqla yanaşı, Azərbaycanın müstəqilliyinə təhdiddir:


Sadə dillə desək, dünyada baş verən növbəti bölgüdən pay qoparmaq istəyən Fransa Cənubi Qafqazda Ermənistana göz tikib. Burada möhkəmlənməyin ən qısa yolu Azərbaycana təzyiqlərdən keçir. Fransa Ermənistanda özünə yer edə bilər, bu, bizim işimiz deyil. Ancaq bizim ərazilərimiz hesabına nəyəsə nail olmaq istəyirsə, yanılır.


Parisin bu hərəkətləri onu sülh prosesindən kənarda qoyacaq, çünki heç kim indi fransızların neytrallığına inana bilməz.


Bu o deməkdir ki, onun prosesə təzyiq alətləri tükənəcək. Başqa sözlə, bütün bunlar göstərir ki, Parisin hədəfi Ermənistanda möhkəmlənməkdir. Bununla o həm də Rusiyanın maraqlarına toxunur. İki ölkə Ermənistanı qarşıdakı illərdə necə böləcəklər, bunu zaman göstərəcək. Bizim üçünsə qəbul edilmiş qətnamələrin heç bir əhəmiyyəti, təsiri olmayacaq. Əgər erməni diasporu fransalı deputatların sərsəm çağırışlarına digər dövlətlər qoşulacağını ümid edirsə, ciddi səhvə yol verir. Bizim dostlarımız onlar düşünəndən də çoxdur.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ