Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/07/2024

14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun başlanğıcı

Yasamal Rayon İcra Hakimiyyətinin və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməyinin 55-ci ildönümünə həsr olunmuş “14 iyul 1969-cu il: Uğurlu inkişaf yolunun başlanğıcı” adlı tədbirdə iştirak etdik. Tədbir zamanı Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatı Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Vazeh Əskərov, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvləri Şahlar Əsgərov, Misir Mərdanov, Yasamal rayon hüquq mühafizə orqanlarının rəhbərləri, YAP Yasamal rayon və Yasamal Rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi partiya təşkilatlarının üzvləri ilə birlikdə bu tarixi hadisəyə həsr olunmuş filmi seyr etdik. 
1969-cu ilin 14 iyul günü Azərbaycanın bütün sahələrdə sürətli inkişaf dövrünə qədəm qoyduğu bir gün kimi tariximizə həkk olunub. Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən qərarları, qətiyyəti ilə gələcək müstəqil dövlətin iqtisadi qüdrətinin təməli qoyulub, Azərbaycan inkişaf tempinə görə keçmiş ittifaq miqyasında ön sıralara çıxıb. Ümummilli Liderin layiqli davamçısı olan Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət kursu Ulu Öndər Heydər Əliyevin ideyalarına söykənir. Əldə edilən inkişaf və ictimai-siyasi sabitlik göstərir ki, müasir müstəqil Azərbaycanın seçdiyi strateji yol milli maraqlara və xalqın ali iradəsinə əsaslanır.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ