Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


22/01/2021

14 məktəblinin yaşadıqları ünvanlarda olduq

Ötən ilin sentyabr ayında sosial tərəfdaşlarımızla birlikdə qərara gəlmişdik ki, dairəmizin sakinləri olan bir qrup istedadlı, məsuliyyətli və qabaqcıl məktəbliləri stimullaşdırmaq, daha böyük səylə oxumağa, təhsilə həvəsləndirmək məqsədi ilə mükafatlandıraq. Məlumat toplamağa başladıq, dairəmizin ərazisindəki orta məktəblərin direktorları bizə yardımçı oldular. Qarşımızda duran əsas məqsəd bu idi: məktəblinin təhsil göstəriciləri və davamiyyəti ilə tanış olmaqla yanaşı, onların evlərində olmalı, valideynləri ilə söhbətləşməli, ehtiyacları barədə məlumat əldə edilməlidir. 
Sentyabr ayında komanda üzvlərimiz adları bizə təqdim edilən 14 məktəblinin yaşadıqları ünvanlarda oldular, valideynlərdən uşaqlar barədə məlumat aldılar, ailələrin güzəranı, sosial durumu və yaşayış şəraiti ilə tanış oldular. Onların hər birinin yüksək nəticələri ilə yanaşı, dərsdən əlavə məşğuliyyətləri də var. 3 məktəblimiz gözəl şəkilçəkmə qabiliyyətinə malikdir. Bir qızımız həm şəkil çəkir, həm də əlbəayağa döyüş növləri ilə məşğul olur, xeyli medalı və nəaliyyəti var. Bir balamız fizika ilə çox maraqlanır, digər şagirdimiz İT sahəsini sevir və ali məktəbə də elə bu istiqamət üzrə hazırlaşır. Onların hər biri haqqında qarşıdakı günlərdə məlumat veriləcək. 
Sentyabrın sonunda Vətən müharibəsi başladı və hamı kimi bizim də diqqətimiz cəbhədəki oğullarımıza, onların qəhrəmanlıqlarına, döyüş meydanından gələn xəbərlərə yönəldiyindən, layihəmizi bir müddətlik ertələməli olduq və yalnız indi həyata keçirə bildik. Qarşımızda duran suallardan biri bu idi: məktəbliləri necə həvəsləndirək? Necə sevindirək ki, həm də təhsillərinə bir qatqımız olsun? 
Evlərdə olarkən uşaqların əksəriyyətinin onlayn dərslərə qoşulmaq üçün texniki imkanlarının məhdudluğunu görmüşdük. Misal üçün, dərslərə valideynlərinin smartfonları ilə qoşulurlar, ata və ana işə gedəndə isə dərslərə qatıla bilmirlər. Sosial tərəfdaşlarımızla məsləhətlərdən sonra qərara gəldik ki, onların dərslərini daha keyfiyyətlə və kəsintisiz əxz etmələri, hər zaman onlayn bağlantılarının olması üçün hər birinə planşet kimi tanıdığımız mobil cihaz, yaxud tab hədiyyə edək. Gün olsun ki, bu balalar böyüyüb yüksək təhsilli vətəndaş olub, Vətənin inkişafına öz tövhələrini versinlər!
Bu layihədə səsimizə səs verən və bizə dəstək göstərən sosial tərəfdaşlarımıza bir daha təşəkkür edirik. Əməyi keçən hər bir kəsə minnətdarıq. Gücümüz birliyimizdədir! 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ