Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
24/09/2020
16-cı və 17-ci Nərimanov döngələri asfaltlanıb
Sentyabrın 8-də 17-ci Nərimanov döngəsində yaşayan seçicilərimizlə görüş zamanı qonşu 16-cı Nərimanov döngəsinin sakinləri bizə müraciət edərək küçələrinə asfalt salınması üçün kömək istəmişdilər. 16-cı döngə əhalinin gediş-gəliş üçün tez-tez istifadə etdiyi hissədir. Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirdikdən sonra qərara alındı ki, işlər tezləşdirilsin.
Asfaltla yanaşı, döngədə bəzi abadlıq işləri də aparılmalı - uçan hasar təmir olunmalı, yağıntı suları üçün navalçalar quraşdırılmalı idi. Sakinlərimiz də bildirdilər ki, abadlıq işlərində özləri yaxından iştirak edib köməklik göstərəcəklər.
Dünən seçicilərimizin rahat hərəkəti üçün döngənin asfaltı yeniləndi və nəzərdə tutulmuş abadlıq işləri həyata keçirildi. Hazırda "Azərişıq" ASC-nin əməkdaşları həm 16-cı, həm 17-ci Nərimanov döngələrinin işıqlandırma sistemini yeniləyirlər.
Əməyi keçən hər kəsə təşəkkür edirik! Dostlar, biz birlikdəyik və güclüyük!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.