Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
08/09/2020
17-ci Nərimanov döngəsinin asfalt örtüyü yeniləndi
17-ci Nərimanov döngəsinin sakinləri ən fəal seçicilərimizdəndirlər. İnanılmaz sosial aktivlik nümayiş etdirirlər. Küçənin asfalt örtüyünün yenilənməsi üçün kollektiv məktub yazmışdılar. Biz isə öz növbəsində Yasamal rayon İcra Hakimiyyətinə müraciət etdik və mütəxəssislərin əraziyə baxışından sonra müsbət cavab aldıq.
Dünən küçə və həyətin asfalt örtüyü yeniləndi və şəkillərdən də göründüyü kimi, sakinlərin, xüsusilə uşaqlar və yaşlıların hərəkəti üçün rahat şərait yaranıb. Bir məqamı - burada yaşayan sakinlərin əməksevərliliyini xüsusi qeyd etməliyik. Qollarını çırmayıb çınqıl və asfaltın daşınmasına əzmlə kömək etdilər. Var olsunlar! Biz ancaq beləcə, yardımlaşmaqla, birlikdə güclü ola bilərik!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.