Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/09/2023

1921-ci ildə Ermənistan Türkiyədən hərbi yardımı niyə istəyirdi?

Saxta “erməni soyqırımı” kampaniyasının dünyaya yayılmasında “Daşnaksütyun” partiyasının böyük rolu var. “Genosid” yalanlarının qanunverici orqanlarda tanınması prosesinin məhz daşnakların güclü dayaqlarının olduğu ölkələrdən başlanması təsadüfi deyil. Qarabağda separatizm hərəkatının aparıcı qüvvəsi də məhz radikal daşnaklar olub. Ancaq “Dənizdən dənizə” xüslyasına yoluxmuş “Daşnaksütyun” ermənilərin tarixi yaddaşına heç də hər zaman müsbət obrazda həkk olunmayıb.

XX əsrin ən böyük siyasi avantüralarından biri olan “erməni genosidi”ni dünyaya yayan daşnaklar həmin illərdə bolşeviklərdən qurtulmaq üçün nicat yolunu Türkiyədə görür, türklərə yalvarış dolu məktublar yazırdılar. 1921-ci ilin 18 martında o vaxtkı Ermənistanın daşnak baş naziri Simon Vratsyan Türkiyə Böyük Millət Məclisinə göndərdiyi məktubda yazırdı: “Ermənistanın azadlıq və müstəqillik uğrunda bolşeviklərlə mübarizəsi tək ermənilər deyil, Yaxın Şərqin bütün xalqlarının maraqlarına xidmət edir. Ona görə də Ermənistan ümid edir ki, bu mübarizədə qonşularından kömək alacaq. Bu mübarizədə Ermənistanın qələbəsi və müstəqilliyi türk xalqı üçün də həyati əhəmiyyət kəsb edir... Xahiş edirik bizə məlumat verin, Böyük Millət Məclisinin rəhbərliyi bizə hərbi yardımı mümkün sayırmı? Sayırsa, nə vaxt, hansı miqdarda və hansı növdə?” (Avetis Yapuçyan “Fevral avantürasını kim təşkil etdmişdi və onun hansı fəsadları oldu”, səh 92. Qahirə, 1969-cu il).

Bu məktub “erməni soyqırımı”nın baş verməsindən cəmi 6 il sonra yazılıb. Əgər Türkiyə ermənilərin “qətliam”ını törətmişdisə, Ermənistanın daşnak baş naziri hansı məntiqlə bolşeviklərdən qorunmaq üçün türklərdən hərbi yardım istəyirdi?

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ