Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/01/2023

1946-75-ci illərdə xaricdən Ermənistana 150 min erməni köçürülüb

XX əsrdə azərbaycanlıların doğma torpaqlarımız olan hazırki Ermənistan ərazisindən üç dəfə zorla köçürülməsi olub. Bu proses hər dəfə zorakılıq və qətllərlə müşayət edilib. Ötən yüzilliyin ikinci deportasiyasına 1947-ci ildə start verilib. Bu proses mərkəzləşmiş qaydada sovetlər birliyinin rəhbərliyi tərəfindən sanksiyalaşdırılıb və qəbul edilən sənədlərlə, qərarla tənzimlənib.

Müasir Ermənistan torpaqlarından azərbaycanlıların etnik təmizlənməsinin növbəti mərhələsi İkinci Dünya müharibəsindən dərhal sonra başlayıb. Azərbaycanlıların köçürülməsi ilə paralel şəkildə bölgəyə xaricdən yenidən ermənilərin gətirilməsinə başlanılıb. 1946-1975-ci illər ərzində xaricdən Ermənistana köçürülən ermənilərin sayı təxminən 150 min nəfəri ötüb. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və başqa azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında” 1947-ci il 23 dekabr tarixli 4083 saylı fərmanına uyğun olaraq, 1947-1950-ci illərdə Ermənistan SSR-in azərbaycanlı əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılıb. Bu plana əsasən, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min azərbaycanlının köçürülməsi nəzərdə tutulurdu. Beləliklə, 100 min azərbaycanlı Ermənistandan köçürülməli idi. 1947-ci ildən 1956-cı ilə qədər davam edən proses zamanı Ermənistandan təxminən yüz min azərbaycanlı deportasiya edilib.

*

В ХХ веке азербайджанцев трижды принудительно выселяли с являющейся нашей родной землёй территории нынешней Армении. И каждый раз этот процесс сопровождался насилием и убийствами. Вторая депортация прошлого века началась в 1947 году. Этот процесс был санкционирован центральным руководством Советского Союза и регулировался принятыми документами, решениями.

Очередной этап этнической чистки азербайджанцев с земель современной Армении начался сразу после Второй мировой войны. Параллельно с депортацией азербайджанцев началась новая волна переселения армян из-за границы в регион. В 1946-1975 годах число армян, переселённых в Армению из-за границы, составило около 150 тысяч человек. В соответствии с постановлением Совета Министров СССР № 4083 от 23 декабря 1947 года «О переселении колхозников и другого азербайджанского населения из Армянской ССР в Кура-Араксинскую (Кура-Аразскую – Прим.)  низменность Азербайджанской ССР» в 1947-1950 годах началось массовая депортация азербайджанского населения из Армянской ССР. По этому плану в 1948 году предусматривалось переселение 10 тысяч азербайджанцев, в 1949 году — 40 тысяч, в 1950 году — 50 тысяч. Таким образом, из Армении должно было быть переселено 100 тысяч азербайджанцев. В ходе процесса, длившегося с 1947 по 1956 год, из Армении былo депортировано около ста тысяч азербайджанцев.

*

In the 20th century, we Azerbaijanis were forcibly evicted three times from the territory of the present-day Armenia, which is our native land. And each time this process was accompanied by violence and murders. The second deportation of the last century began in 1947. This process was authorized by the central leadership of the Soviet Union and was regulated by the adopted documents and decisions.

The next stage of ethnic cleansing of Azerbaijanis from the lands of modern Armenia began immediately after the Second World War. Simultaneously with the deportation of Azerbaijanis, a new wave of resettlement of Armenians from abroad to the region began. In 1946-1975, the number of Armenians resettled to Armenia from abroad amounted to about 150 thousand people. According to the Decree of the Council of Ministers of the USSR No. 4083 dated with 23 December 1947 "On the resettlement of collective farmers and other Azerbaijani population from the Armenian SSR to the Kura-Araks (Kura-Araz – Note) lowland of the Azerbaijan SSR" in 1947-1950, the mass deportation of Azerbaijani population from the Armenian SSR begun. Following this, in 1948 it was planned to resettle 10 thousand Azerbaijanis, in 1949 - 40 thousand, in 1950 - 50 thousand. Thus, 100 000 Azerbaijanis were to be resettled from Armenia. During the process, which lasted from 1947 to 1956, about one hundred thousand Azerbaijanis were deported from Armenia.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ