Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/02/2021

2 fevral – Azərbaycan Gəncləri günüdür

Bu gün 2 fevral – Azərbaycan Gəncləri günüdür. Bu tarixin Gənclər Günü olaraq qeyd edilməsi Ümummili lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi vəzifə qoyub: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.
Bu forum Azərbaycanda gənclər hərəkatının vüsət almasına təkan verib.
Ümummilli lider Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gəncləri Günü elan edib. 
Gənclərlə fəal iş Prezident cənab İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də uğurla davam etdirilir. Bu gün bu siyasətin iki mühüm göstəricisi gözlər önündədir: yetişdirilən yeni nəsil savadlı, bacarıqlı məmurlar, idarəçilər və Qarabağımızı bizə qaytaran, ordumuzun döyünən ürəyi olan vətənpərvər gənclərimiz.
Yaşasın Azərbaycan gəncliyi! Yaşasın Azərbaycan!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ