Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


03/07/2020

Milli Mətbuat və Jurnalistika Günü

Dahi mütəfəkkirimiz, XIX əsr maarifçilik hərəkatının parlaq simalarından biri Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzetinin işıq üzü gördüyü gün – 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. 28 iyun – 5 iyul tarixlərini əhatə edən həftə çərçivəsində Həsən bəy Zərdabinin irsinin təbliği məqsədilə videokonfranslar təşkil edilir. “Həsən bəy Zərdabi İrsinin Təbliği Təşəbbüs Qrupu”nun feysbuk səhifəsində bugün keçirilən onlayn konfransda mən də iştirak və çıxış etdim.
Mövzu “Həsən bəy Zərdabi irsinin təbliği, maarifçilik ənənələrinin, milli-mənəvi dəyərlərin qorunmasında və təbliğində Azərbaycan diaspora təşkilatlarının rolu” idi. Videokonfrans Azərbaycanın Türkiyə, Rusiya, Almaniya, Belçika, Polşa, İspaniya, Ukrayna, İsveç, Nigeriya və digər ölkələrdə fəaliyyət göstərən diaspora təşkilatlarının iştirakı ilə canlı yayımlanırdı.
XIX əsrin ortalarında, imperiya şəraitində, savadlı adamların barmaqla sayılacağı reallıqda, texniki imkanların məhdudluğu dövründə öz üzərinə böyük tarixi missiyanı götürmüş mətbu orqanın çapına başlanılması həqiqətən də bir xalqın taleyində fövqəladə hadisədir. Fikrimcə, “Əkinçi” qəzeti bizim üçün bir qəzetdən böyük hadisə, Həsən bəy Zərdabi isə jurnalist, pedaqoq, maarifçi və naşir, islam dünyasının ilk təbiətşünas alimindən daha miqyaslı tarixi şəxsiyyətdir. Xalqın formalaşması prosesində onun ziyalı təbəqəsinin əlahiddə çəkisi var. Zərdabinin də parlaq təmsilçisi olduğu maarifçilik hərəkatının məntiqi nəticəsi kimi Azərbaycan xalqı təqribən yarım əsr sonra dövlət müstəqilliyinə çatdı – Azərbaycan Xalq Cümhuriyyəti elan olundu🇦🇿 Xüsusilə qeyd etməliyik ki, hazırda fəxrlə vətəndaşı olduğumuz dövlətin intellektual potensialının əsası məhz əsr yarım əvvəl vüsət almış maarifçilik hərəkatında qoyulub

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ