Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


2 iyul Polis İşçiləri Günüdür

03/07/2020

Azərbaycan Respublikası Prezidentinin 24 may 1998-ci il tarixli fərmanı ilə 2 iyul Polis İşçiləri Günü kimi qeyd olunur. Polis cəmiyyətin təhlükəsizliyinin təmin olunması prosesinin dayağıdır. Polisin fədakar əməyi hesabına bərqərar olan firavan həyat ölkəmizin iqtisadi yüksəlişi və sosial rifahımızda başlıca rol oynayır.
Covid-19 virusu ilə mübarizə çərçivəsində mart ayından etibarən səfərbər olan polis əməkdaşları 24 saat ərzində dayanmadan fəaliyyət göstərərək yeni növ koronavirusun təhlükəli fəsadlarının minimum həddə endirilməsi işinə öz tövhəsini verir. Tam əsasla deyə bilərik ki, polis tibb işçiləri ilə yanaşı görünməyən düşmənlə - koronavirusla mübarizənin ön cərgəsindədir.
Qarabağ uğrunda döyüşlərdə onlarla polis əməkdaşı canlarından keçərək Vətən və bizlər uğrunda şəhid olublar. Torpaqlarımızın qaytarılması naminə ölüm-dirim savaşı, hərbi əməliyyatlar bərpa olunarsa, polis əməkdaşlarının yenə də ön cəbhədə Vətən uğrunda döyüşəcəklərinə şübhə yoxdur.
Günün mübarək, Azərbaycan polisi!


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ