Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


20/01/2021

20 yanvar – Ümumxalq Hüzn Günüdür

Bu gün 20 yanvar – Ümumxalq Hüzn Günüdür. Xalqımız müstəqillik illərində ərazi bütövlüyümüz uğrunda minlərlə şəhid verib. Ata və oğullarımız Vətən uğrunda canlarından keçiblər, ana və bacılarımız, körpələrimiz namərd düşmən gülləsi ilə həyatla vidalaşıblar. Onların hər birinin qəlbimizdə özəl yeri var. Şəhid olduqları günlər tarixi yaddaşımıza ömürlük həkk olunub. Ancaq nədənsə məhz 20 yanvar bütün faciəvi günlərimizi, ağrı-acılarımızı, itkilərimizi birləşdirən gündür…
Onlar canlarını Vətən uğrunda, bizlərə görə qurban edib, şanlı ənənənin əsasını qoydular. Bu illər ərzində xalqımızın yüzlərlə, minlərlə övladı bu müqəddəs yola sadiq qalaraq Azərbaycan uğrunda canlarından keçdilər ki, yeni, gələcək nəsil təhlükəsiz, firavan, bütöv ölkədə yaşasın. Vətən müharibəsinin şəhid və qaziləri üçün bir nümunə oldu 20 yanvar şəhidləri… Ruhunuz şad olsun! Vətən azad olundu, torpaqlar bütövləşdi, qisasımız alındı, bayrağımız ucaldı!
Allah şəhidlərimizə rəhmət etsin!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ