Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/05/2024

6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransı keçirilib

Bu gün Bakıda 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfrans keçirildi. Belə bir mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun, dövlətimizə olan diqqətin və Prezident cənab İlham Əliyevin reallaşdırdığı siyasətə ehtiramın növbəti göstəricisidir.
Milli Məclisin sədri Sahibə xanım Qafarova çıxışında bildirdi ki, müxtəlif mədəniyyətlər, dinlər və baxışlar arasında körpülər qurmaq üçün yalnız dialoq vasitəsilə gərginliyi və qarşıdurmanı azaltmaq, ayırıcı xətləri aradan qaldırmaq və irəliləmək yolunda dürüst fikir mübadiləsinə başlamaq mümkündür.
Prezident İlham Əliyevin təşəbbüsü ilə yarandığı gündən Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası və dinlərarası dialoq üçün əsas qlobal platformalardan birinə çevrilib. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan ləyaqət, sülh və dostluq şəraitində birlikdə yaşayan müxtəlif etnik və dini qrupların evidir. Bu gün cəmiyyətimiz əsrlər boyu formalaşmış dəyərləri rəhbər tutur. Multikulturalizm xalqımızın və ölkəmizin həyat tərzidir.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ