Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


11/10/2020

Ağdamda yerləşən Şahbulaq qalası

Dostlar, sentyabrın 12-də Ağdamda yerləşən Şahbulaq qalası barədə material paylaşmışdıq. Bu qala tipli saray görkəmli dövlət xadimi Pənahəli xanın Qarabağda tikdiyi ikinci qaladır. Ağdam rayonu işğal olunandan sonra ermənilər burada qanunsuz qazıntılar apararaq tarixi abidəmizi saxtalaşdırır, onun guya "qədim Tiqranakert" şəhəri olması barədə cəfəng iddialarla çıxış edirlər. Tiqran eramızdan əvvəl I əsrdə yaşamış parfiyalı çardır və ermənilər onu da özününküləşdirirlər. Şahbulaq qalası isə XVIII əsrin ortalarında tikilib. Yəni ortada 19 əsrilik saxtalaşdırma var!
Bu gün diqqətinizi başqa bir məqama yönəldəcəyik. Ermənilərin şəhər adlarında "kert" sonluğu istifadə olunur. Tarixçi Türkan İlqar bizə göndərdiyi materialda bildirir ki, "kert" sonluğunun ermənilərə heç bir aidiyyatı yoxdur. Türkan xanımın yazdığı tarixi faktları sizlərlə bölüşürük:
"Erməni dilində işlədilən şəhər adlarına fikir verək: Tiqranakert, Arkatiakert, Hunarakert, Stepanakert və s. Əslində «kert» hissəciyi erməni dilində heç bir məna kəsb etmir. Vaxtilə erməni dilçiləri özləri bu sözü fars sözü olan «Kirt» ilə əlaqələndirərək «tikmək» «yaratmaq» «qurmaq» sözlərinin ekvivalenti kimi izah edirdilər. Əslində isə «kert» sonluğu hun mənşəlidir. Bu söz hal-hazırda macar dilində (Kert formasında) və fin–uqor xalqlarının dilində işlənilir (Kart/kort formasında). Mənası – bağ, ərazi deməkdir.
Qədim şəhərlərin adlarının sonluğunun belə bir məna ilə bitməsi çox məntiqli görünür. Məsələn, Tiqranakert – Tiqranın bağı /ərazisi, Hunarakert – Hunun bağı /ərazisi. Yeri gəlmişkən, ermənilər Hunarakert sözünün izahına da öz dillərindən çıxış edərək məna verə bilmirlər, yenə də fars dilinin "hūnara" - cəsur /mərd sözü ilə əlaqələndirib mənalandırırlar. Ancaq "hunara" sözü də fars mənşəli söz olmayıb türk mənşəlidir, adından da görünür ki, Hunarakert elə hunlarla bağlı olan toponimdir: Hunarakert=Hun+Ər+Kert, yəni Hun ərinin bağı. "Hünər" sözü də türk mənşəli olub, Hun+Ər birləşməsindən yaranmışdır. İngilis dilində olan Honor/Honour - şərəf, şan–şövkət, şərəfli, qeyrətli sözlərini də bu qəbildən hesab etmək olar".

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ