Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/12/2020

Ağdərənin tarixi abidələri

Azərbaycanın qədim tarixə malik Ağdərə ərazisi memarlıq abidələri ilə zəngindir. Rayonun Dovşanlı kəndindən 9 km Cənub-Şərqdə Xaçın çayının sağ sahilində ilk tunc dövrünə aid Xaçınçay kurqanları aşkar edilib. Kurqanların hündürlüyü təxminən 1-2,5 metr, diametri 10-20 metrdir. Buradakı dəfn adətləri biri-birindən fərqlidir. Kurqanlardan qızıl bəzək əşyaları, arxaik tipli xəncərlər, daş toppuz, dəvəgözündən bıçaqlar və saxsı qablar tapılıb. 
Azərbaycan xalqına qarşı erməni təcavüzünün qurbanları həm də tarixi-dini abidələr, müqəddəs ocaqlar və məbədlərdir. Rəsmi məlumata əsasən, 28 il işğal altında olan ərazilərimizdə tarixi-dini abidələrin ümumi sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si isə ziyarətgahlardır. Qəbiristanlıqların sayı isə 900-dən artıqdır. Dağıdılan dini mənədlərdən bir də Ağdərə rayon mərkəzindən 10 km aralıda yerləşən Ulduztəpə piridir.
Ağdərə rayonundakı tarixi abidələrdən danışarkən Çardaxlı kəndində tikilmiş Carabert (Su ilə əhatə olunan) qalasını qeyd etməmək olmur. Qalaya Caraberti (car çəkilən yer) də deyirlər. Qalanın adı VII əsr mənbələrində rast gəlinir. Qala Toraqay çayının Tərtər çayına töküldüyü yerdə, çay səthindən təxminən 1500 m yüksəklikdə, sıldırım qayalıqdan ibarət yüksəklikdə bina edilib. Azərbaycan arxeoloqları 1963-cü ildə Carabert qalasını tədqiq ediblər. Qala hərbi məqsədlə istifadə olunub. Təsadüfi deyildir ki, son dövrlərə qədər məhz bu qalanın adı ilə Yuxarı Qarabağın bir hissəsi Carabert adlanırdı. 
Ağdərə rayonu ərazisində XIII-XIX əsrlərdə alban katalikoslarının iqamətgahı olan Xəzinədağ-Gəncəsər məbədi var. Tarixçi Kirakos Gəncəlinin məlumatına görə, Xəzinədağ-Gəncəsər məbədi 1216-1238-ci illərdə Xaçın knyazı Həsən Cəlal tərəfindən tikilib (bu barədə ətraflı məlumatı aşağıda təqdim olunan linkdən ala bilərsiniz). Rayonun ərazisində Vəngli kəndində Xanabad qalası, Gülüstan kəndi yaxınlığında qala qalıqları, Ağdərə şəhəri yaxınlığında Cermux qalası, Kolataq kəndində 635-ci ildə inşa edilmiş məbəd, Ağdərənin 1 km şimal-qərbində dağ ətəyində XIII əsrə aid memarlıq abidələri, XII-XIII əsrlərə aid qala qalıqları, Maqavuz kəndində orta əsrlərə aid arxeoloji abidə, körpü, XII əsrə aid Yegeş-Arakül məbədi, XIII əsrə aid Ürək məbədi, Tərtər çayı üzərində körpü, Tərtər çayının yuxarı axarında (Murovdağın ətəyində) XIII əsrə aid məbəd, Kasabet (Dağ yamacı) kəndində Hətəm-Məlik qalası, körpü və digər qədim mədəniyyət abidələri var idi. Təəssüflər olsun ki, Azərbaycanın yuxarıda adları qeyd olunan və qeyd etmədiyimiz qədim maddi mədəniyyət nümunələri Ermənistan silahlı birləşmələri tərəfindən dağıdılıb, monastırların görünüşləri saxtalaşdırılıb, tarixi abidələr erməni xaçları ilə “bəzədilib”. Yeri gəlmişkən onu da qeyd edək ki, Ağdərə rayonu ərazisində yaradılmış abidələrdən biri də bölgənin erməni icmasının xahişi ilə 1978-ci ildə Marağa kəndində ermənilərin Ağdərəyə köçürülməsinin 150 illiyi münasibətilə inşa edilib. Abidənin üzərinə  böyük rəqəmlərlə «1828-1978» və «150» rəqəmləri həkk olunub. Lakin bu abidə ermənilərin Qarabağa köçürülməsini təsdiqləyən fakt olduğundan 1991-ci ildə məhv edilib (aşağıdakı linkdən ətraflı məlumat ala bilərsiniz). 
Vətənimizin hər qarışı cənnətdir. Ağdərə Azərbaycandır! Qarabağ Azərbaycandır!
(Materialın hazırlanmasında göstərdiyi əməyə görə tarixçi Türkan İlqara təşəkkür edirik)

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ