Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


07/12/2020

Ağdərə necə Mardakert oldu?

Ağdərə necə Mardakert oldu?
Qarabağın hər guşəsi, hər şəhəri, hər kəndi gözəldir. Ağdərənin təbiəti, relyefi, tarixi abidələri, yaşayış məskənləri ilə bu gözəllik diyarında özünəməxsus yeri var. Bakı Dövlət Universitetinin dissertantı, tarixçi Türkan İlqar ata yurdu, Azərbaycanımızın ayrılmaz parçası olan Ağdərənin tarixini araşdırır və kitab üzərində işləyir. Türkan xanımın Ağdərə barədə materialını diqqətinizə çatdırırıq:
Ağdərə oronimi «ağ» («kiçik», «qısa», «dayaz») və «dərə» («çay yatağı», «iki dağ arası», «dərin çuxur») sözlərindən düzəlib, «kiçik çay yatağı», «dayaz çuxur» deməkdir. Bu toponimə Azərbaycanın müxtəlif yerlərində rast gəlmək mümkündür. Ağsu rayonunun Bico kəndi ərazisində, Şamaxıda, Zəngilanda dərə, Tərtər rayonunda dağ oronimləri, Xızı, Ordubad, Şamaxı, Tovuz, Laçın, Daşkəsəndə kənd öykonimləri, Girdimançay hövzəsində çay hidronimi Ağdərə adını daşıyır. Əfqanıstan, İran ərazisində də Ağdərə toponiminə rast gəlmək mümkündür. 
Ağdərə Qarabağ düzünü dağlıq hissəsi ilə birləşdirən keçidin adı olub. Sonra bu ərazidə Qasabad kəndindən çıxmış ailələr məskunlaşıb. XIX əsrdə çar Rusiyasının erməniləri Azərbaycan torpaqlarına köçürməsinədək Ağdərə bölgəsində əhalinin mütləq hissəsini Azərbaycan türkləri təşkil edib. Bu dövrdən etibarən buraya  köçürülmələrin nəticəsində Ağdərə bölgəsində ermənilərin sayı artmağa başlayıb. Ağdərə bölgəsində yaşayan Azərbaycan türkləri zaman-zaman, 1905-1906-cı illər və Birinci Dünya müharibəsi dövründə baş vermiş kütləvi qırğınlar nəticəsində öz kəndlərini tərk etmək məcburiyyətində qalıblar. Bunun nəticəsində Azərbaycan kəndlərində ermənilər məskunlaşıb, yerləşdikləri yaşayış məntəqələrinin tarixi adlarını dəyişiblər. 
Ağdərə bölgəsi coğrafi baxımdan Xaçınçay və Tərtərçay hövzəsinin bir hissəsini əhatə edir. Azərbaycan çar Rusiyasının müstəmləkəsi altında olduğu zaman Ağdərə bölgəsi Yelizavetopol (Gəncə) quberniyasının Cavanşir qəzasının ərazisinə daxil olub. 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılır. Keçmiş Cavanşir qəzasının Ağdərə ərazisi 1923-1930-cu illər ərzində Ceraberd, 1930-1992-ci illərdə isə Mardakert adlandırılıb. 1930-cu ildə burada inzibati rayon yaradılıb. 1992-ci ildə isə Ağdərənin tarixi adı bərpa edilib.
1960-cı ildə Ağdərəyə şəhər tipli qəsəbə, 1985-ci ildə isə şəhər statusu verilib. Ağdərə rayonunun ərazisi həmin illərdə 1705 kv. km, əhalisi 44,4 min nəfər olub ki, onun 14 minini azərbaycanlılar təşkil edirdi. Rayonun bir şəhəri, iki şəhər tipli qəsəbəsi, 57 kəndi, 22 kənd sovetliyi (kənd sovetliyi inzibati anlayışı indi kənd icra nümayəndəliyi kimi ifadə edilir) olub. Ağdərə rayonunun Suqovuşan  qəsəbəsi 1943-cu ildə, Marağa qəsəbəsi isə 1967-ci ildə yaradılıb. 
1981-ci ilin məlumatına görə, Ağdərənin əhalisi 44400 nəfər idi. Bunun 5,7 mini Ağdərə şəhərində, 5,8 mini qəsəbələrdə, 33,2 mini kəndlərdə məskunlaşmışdılar. Ağdərə rayonunda yaşayan ümumi əhalinin 14 min nəfərini azərbaycanlılar, 30 minini ermənilər təşkil edirdi. Rayon ərazisində az da olsa digər millətlərin nümayəndələri, məsələn, yunanlar da yaşayıb. Rayon keçmiş DQMV-də əhalinin ən sıx məskunlaşdığı rayon olub - bir kvadrat kilometrə 26 nəfər.
Tarixin ayrı-ayrı dövrlərində müasir Ağdərə ərazisində «İsfahancıq» və «Hunaşen» toponimləri ilə də rastlaşırıq. XIX əsrdə Qarabağ düzünün 36 min desyatin hissəsini əhatə edən Hunaşen ərazisi maldar ellər üçün qışlaq yeri olub. Hunaşen toponimi «hun» və «şen» sözlərindən ibarətdir. Bizans tarixçisi Feofan yazır ki, 624-cü ildə “Bizans çarı İrakli Albaniyada «Hun ölkəsi» adlı yerdə xəzərlərlə görüşmüşdü”.
Güman etmək olar ki, «Hun ölkəsi» adlı həmin yer məhz Hunaşendir. Məkrli niyyət sahibləri olan erməni «tədqiqatçıları» «şen» sözünün erməni dilinə məxsusluğunu əldə rəhbər tutaraq ərazinin ermənilərə aid olduğunu iddia edirlər. Lakin araşdırmalardan məlum olur ki, «şen» sözü qədim türk mənşəlidir. Belə ki, XIII əsrə aid «Türk-ərəb lüğəti»ndə «şen» sözünün «məskun», «əhali yaşayan yer», «əhalisi sıx olan yer» mənasında olduğu göstərilir. L.Z.Budaqovun, İ.M.Dyakonovun, M.Kaşkarinin, H.A.Abelovun tədqiqatlarında göstərilir ki, «şen» sözü sırf türk sözüdür və «yaşayış yeri», «kiçik məntəqə», «məhəllə», «abad yer» mənasındadır.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ