Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/10/2020

Ali Baş Komandanın mövqeyi sərt və ədalətlidir

Vaşinqtonda ABŞ dövlət katibinin təşəbbüsü ilə baş tutan Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşündən sonra humanitar atəşkəs barədə razlıq əldə olundu. Və növbəti sual- yarandı-Ermənistan bu razlaşmanı yerinə yetirəcək, yoxsa əvvəlki atəşkəs razlaşmaları kimi pozacaq.


Visiontv.az saytının əməkdaşına münasibət bildirən millət vəkili Elnur Allahverdiyev deyib:

"Atəşkəsə münasibəti cənab Prezident bildirib. Dəxli yoxdur, bu atəşkəs təşəbbüsü hansı dövlət və ya həmsədr tərəfindən irəli sürülüb. Atəşkəsin başlıca vəzifəsi münaqişənin həllinə xidmət etməlidir. Birinci Qarabağ Savaşında çox belə atəşkəs görmüşük.

Elan olunub, ermənilər riayət etməyiblər və yeni-yeni torpaqlarımız işğal altına düşüb. İndi də, iki atəşkəs sübut etdi ki, ermənilər köhnə niyyətlərindən əl çəkməyiblər. Yenə də yaşayış məskənlərimiz artilleriya və raket atəşinə tutulur.

Ermənistan dəyişməyib. Bu ölkə həm təbliğat, həm diplomatiya, həm də hərbi gedişlərinin xarakteri baxımından ötən əsrin 90-cı illərində qalıb. Elə bilirlər biz onlara inanacağıq, onlar da atəşkəsdən vaxt qazanıb əllərində qalan canlı qüvvəni və hərbi texnikanı toparlayıb, mərkəzləşdirib müqaviməti davam etdirəcəklər.

Yeganə fərq budur ki, bu atəşkəs ABŞ-ın təşəbbüsüddür. Düzü mən bu təşəbbüsə biraz şübhə ilə yanaşıram. Çünki ABŞ-da prezident seçkilərinə sayılı günlər qalıb, tək mən yox, əksəriyyət istisna etmir ki, atəşkəsin ünvanlandığı gerçək kontingent münaqişə tərəfləri deyil, Amerikadakı seçici, daha doğrusu, erməniəsilli seçicidir. Prezident İlham Əliyev xalqa son müraciətində açıq dedi: sülh istəyirsinizsə, çıxın torpaqlarımızdan. Belə atəşkəslərlə bizim başımız aldada bilməzsiniz.

Nə bu xalq həminki xalqdır, nə də dövlət.

Millət vəkili Elnur Allahverdiyev Prezidentin xalqa son müraciətinə də münasibət bildirdi: “Prezidentin xalqa son müraciətinə gəldikdə isə deməliyəm ki, bu, sadəcə olaraq dövlət başçısının çıxışı deyil. Bu, xalqın sözünü dünyaya çatdırmaqdır. Prezidentin hər sözünün altında Azərbaycan xalqının imzası var. Prezident bu çıxışı xalqına arxalanıb edir, dövlət başçısının ən böyük güvənc yeri xalqımızdır. Cənab İlham Əliyev həmişə xalqla səmimi olub, xüsusilə də bu son bir aya yaxın müddətdə. Xalqın istəyi budur ki, qəhrəman əsgərimiz Ermənistan silahlı qüvvələrinin son hərbçisini doğma torpaqlarımızdan qovanadək əməliyyatları davam etdirsin. Prezidentlə xalqın mövqeyi üst-üstü düşür, ölkədə möhkəm vətəndaş həmrəyliyi var. Siyasi, dini görüşlərindən asılı olmayaraq. Prezident isə xalq tərəfindən seçilmiş və səlahiyyətlər almış liderdir, orduya da o rəhbərlik edir, danışıqları da o aparır. Xalq üçün məqbul nədirsə, dövlət başçısı onu da edəcək. Ali Baş Komandanın mövqeyi sərt və ədalətlidir: torpaqlarımızdan erməni hərbi qüvvələri çıxsın, tarixi məskənlərimiz geri qayıtsın. Könüllü çıxmırlarsa, məcbur edərik. Necə ki, edirik”.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ