Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/02/2022

AMEA-nın Mətbuat Xidmətinin məlum açıqlaması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmayıb

AMEA-nın Mətbuat Xidmətinin məlum açıqlaması cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmayıb. Daha doğrusu, hiddətə səbəb olub. Bunun müxtəlif səbəbləri var və onların hər biri haqqlıdır, obyektivdir. Bu barədə bir qədər sonra. Hələlik isə ölkəmizdə elmin vəziyyəti və AMEA-nın fəaliyyəti barədə fikirlərimi bölüşmək istəyirəm. 
Yaşadığımız dövr süni intellekt, nano və robot texnologiyaları, yüksək elmi nailiyyətlər dövrüdür. XXI əsrdə ölkənin inkişafı onun elmi potensialı ilə ölçülür. Sənaye inqilabları bir-birini əvəzləyir, internet həyatımızla paralel bizim özümüzü də dəyişir. İnsan elmin məhsulu olan süni intellektlə mübarizədə uduzmağa başlayıb. Yaxın 10-15 ilə hazırda mövcud olan peşələrin tən yarısı aktuallığını itirəcək, milyonlarla insan işsiz qalacaq. Bunun hansı fəsadlara səbəb olacağını anlamaq, ehtimal etmək o qədər də çətin deyil. Dünyanın aparıcı ali məktəblərində artıq proqnozlaşdırılan dövrə hazırlıq məqsədi ilə yeni peşə sahiblərini yetişdirmək üçün yeni fakültələr fəaliyyətə başlayıb. Qaçılmaz olan bu dövrün törədəcəyi çətinliklərin qarşısına çıxacaq yeganə silah elmdir. Belə olan halda Azərbaycan elmi yaxın gələcəyin çağırışlarına hazırdırmı? Yaxud bu problemlərin öyrənilməsi, proqnozlaşdırılması, analiz edilməsi ilə kim məşğul olmalıdır? Bəli, elm mərkəzimiz olan AMEA. Məşğuldurmu? Xeyr! Bəs nə ilə məşğuldur? AMEA-nın Mətbuat Xidmətinin yaydığı həmin açıqlama ilə tanış olanlar şübhəsiz ki, bu suala cavab tapıblar: elmdən uzaq, elmə və alimə aid olmayan (yaraşmayan) siyasi spekulyasiya, ədavət və cəmiyyətdə parçalanma, dövlətə, hakimiyyətə, hakimiyyətin qollarına, xüsusilə qanunverici orqan və bu orqanın təmsilçilərinə qarşı yönəlmiş ikrah, şər və ittiham dolu fəaliyyətlə. Azərbaycanda xüsusi hörmət və qayğı mənbəyi olan elm indiyədək hədəfi ictimai rəyi parçalamaq, yayındırmaq, çaşdırmaq olan hansısa fəaliyyətlə məşğul idimi? Bəs nədən indi məşğuldur?
AMEA-nın prezidenti Ramiz Mehdiyevin bu vəzifəyə gəldiyi ilk gündən əsas elm mərkəzimiz siyasi intriqalar yuvasına çevrilib. Uzun illər dövlətdə mühüm vəzifədə işləyən R.Mehdiyev bilmirmi ki, rəhbərlik etdiyi AMEA-nın fəaliyyət sferası siyasət deyil? Təbii ki, yaxşı bilir. Ancaq onu da bilir ki, tutduğu vəzifə səlahiyyətləri siyasi intriqaları, ambisiyalarını həyata keçirmək üçün yetərli deyil. Bu səbəbdən bir nömrəli elm mərkəzini siyasi alətə, kirli, böhtan dolu bəyanatları vasitəsilə ictimai rəyi zəhərləmək üçün meydana, platformaya çevirib. 
R.Mehdiyevin əvvəlki vəzifəsində yol verdiyi yanlışlıqlara görə çox suala cavab verməsi lazımdır. Çaşdırmaq, parçalamaq istədiyi cəmiyyətə bu suallara cavablar daha çox maraqlıdır. Görünür, o, ona ən azı yaşına görə edilən güzəşti, göstərilən hörməti tam fərqli anlamda dəyərləndirib və bəlkə də özü üçün normal, ancaq ölkəmiz, xalqımız üçün zərərli nəticə çıxarıb. Vətən müharibəsi ərzində və sonra xalqımızın əldə etdiyi birlik və həmrəylik belə görünür ki, onu daha da qıcıqlandırır, onun merkantil maraqlarına cavab vermir. Belə adam Azərbaycan elminin başında dura bilərmi?
R.Mehdiyevin və onun rəhbərlik etdiyi AMEA-nın fəaliyyəti, yaydığı açıqlamaları cəmiyyətimizdə məhz buna görə hiddət doğurur. Elmimiz batıb gedir, ona rəhbərlik edən şəxs isə cılız siyasi hədəflər axtarışındadır. Nə əvvəlki vəzifəsindəki fəaliyyəti rəğbətə səbəb idi, nə də hazırki...
Prezident cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi hərtərəfli islahatlar hər bir vətəndaş tərəfindən müsbət qarşılanır. Gənc, mütərəqqi və müasir kadrlar dövlət idarəçiliyinin müxtəlif sahələrində aparıcı vəzifələrə təyin olunurlar və əməli fəaliyyətləri ilə pozitiv rəy alırlar. Qarabağı bizə qaytaran qalib ordumuzun qəhrəman zabit və əsgər heyəti həmin vətənpərvər ruhda böyüyüb, boya-başa çatmış gənclərdən ibarətdir. Dövlət idarəçiliyin ən müxtəlif sferalarından tutmuş iqtisadiyyat, idman, incəsənət kimi sahələrədək hər yerdə proqressiv gənclərimizi görürük. Həyatın qanunudur: hər yeni nəsil əvvəlkini əvəzləyir. Cənab Prezident bu qanunauyğunluğu yaxşı bilir və ondan xalqımızın rifahı, dövlətimizin inkişafı naminə yararlanır. Yaşlı nəslin başlıca missiyası məsuliyyəti üzərinə götürmüş gəncliyə dəstək durmaqdan ibarət olmalıdır. R.Mehdiyev isə bu missiyadan çox uzaqdadır. 

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ