Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


24/03/2024

APA-nın Koordinasiya iclası keçirilib

Martın 23-də Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclası keçirilib. Nümayəndə heyətimizin də iştirak etdiyi iclasa Cenevrədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sədrlik edib. Bu, APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır.
Sahibə xanım Qafarova bildirib ki, 2024-cü ilin 20-24 fevralında Bakıda "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın təşviqi" mövzusuna həsr olunmuş APA-nın 14-cü plenar iclası keçirilib. Bu plenar iclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. Bu, həm APA, həm də Azərbaycan üçün yeni əməkdaşlıq səhifəsi açacaq.
Milli Məclisin sədri qeyd edib ki, APA-nın 14-cü plenar iclası 26 dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı ümumi maraq doğuran müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli imkan yaradıb.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ