Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


14/11/2023

Avropa İttifaqı 30 il ərzində ATƏT-in oynadığı oyunu təkrarlayır

Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borelin son bəyanatı onu göstərir ki, bu gün Avropa İttifaqı 30 il ərzində ATƏT-in oynadığı oyunu təkrarlayır.

Biz bilirdik ki, qazandığımız qələbəni çoxlarının gözü götürməyəcək. Borelin dedikləri bunun açıq təzahürüdür. Fikrimcə, onların problemi reallığı anlaya bilməmələrindədir. Başa düşməlidirlər ki, hətta ən zəif vaxtlarımızda torpaqlarımızın işğalını bizə qəbul etdirə bilməyiblər, iradəmizi sındırmağı bacarmayıblar. İndi də Borelin dili ilə söylənilənlərin bizim üçün heç bir əhəmiyyəti yoxdur.

Borelin bəyanatı Avropanın “müşahidəçi” adı ilə Ermənistana yeritdiyi kəşfiyyatçı missiyanın fəaliyyətinin məntiqi davamıdır.

Onların Ermənistanda əslində hansı məqsəd güddüklərini artıq hamı anlayır. Fikrimcə, Rusiyanın Ermənistandan tam sıxışdırılıb çıxarılması və İranın bölgədəki təsir vasitələrinin neytrallaşdırılmasına yönəlmiş bu siyasətdən lazımi yerlərdə də nəticə çıxarılır. İstənilən halda ayaq altında qalan yenə Ermənistan olacaq. Azərbaycan illər boyu Ermənistana bu vəziyyətlə bağlı xəbərdarlıq edib. Ancaq görünür ki, Ermənistan tarixi boyu həvəslə icra etdiyi rolunu davam etdirmək niyyətindədir. İki əsr ərzində Rusiya üçün etdiklərini indi Avropa üçün edir. Bu ölkə, bu xalq müstəqil yaşaya bilmir, bacarmır və belə görünür ki, istəmir. Ermənistana Fransa istehsalı olan silahın ötürülməsinin bir funksiyası da üzv olduğu KTMT-nin nəzarətindən çıxmasına hesablanıb. Bunun isə kimə qarşı demarş olması, təbii ki, məlumdur.

Borelin son bəyanatının məntiqsizliyi Ermənistan-Azərbaycan şərti sərhədində son bir neçə aydır tam sakitlikdən, hər hansı hərbi yerdəyişmələr müşahidə olunmamasından irəli gəlir. Hazırda faktiki olaraq hər hansı hərbi hərəkətlərin heç bir əlaməti görünmür. Düzdür, Azərbaycanın Ermənistana yekun sülh müqaviləsi ilə bağlı göndərdiyi təkliflər hələ cavablandırılmayıb. Lakin Azərbaycanın sərhədlərin delimitasiyası üçün növbəti təkliflərini verməsi bizim sülh tərəfdarı olduğumuzun, sülhün bərqərar olması ilə regional əməkdaşlığa başlamaq niyyətimizin aşkar təzahürüdür. Bütün bunların fonunda Avropanın niyə “həyəcan təbili” çalmağa, Ermənistanı silahlandırmağa başladığı anlaşılandır. Görünür, Avropanın tamamlanmamış işləri var və bu prosesin başında Makron Fransası durub.

E.Allahverdiyev vurğulayıb ki, Avropa İttifaqı strukturlarının bu ikili standartlı davranışı bütövükdə Qərbin Cənubi Qafqazda sülhə və sabitliyə qarşı yönəlmiş addımlarından xəbər verir. Sanki Qərb regiondakı vəziyyəti Ermənistanın əli ilə qarışdırmaq istəyir. Lakin unutmasınlar ki, bu, Ermənistanın bir dövlət kimi süqutu ilə nəticələnə bilər. Biz bunu bir neçə ölkənin nümunəsində görmüşük. Suriya döyüş bataqlığına çevrilib. Ukrayna, təəssüf ki, iki ildir bu vəziyyətdədir. Bu baxımdan, Ermənistan rəhbərliyinin seçimi pozitiv heç nə vəd etmir.

Qeyd edək ki, C.Borel Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən iclasından sonra bəyan edib ki, Ermənistana Avropa Sülh Fondundan yardım edilməsi ilə bağlı imkanlar araşdırılacaq. O, heç bir real əsas olmadan qeyd edib ki, Aİ Azərbaycana Ermənistanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasının qəbuledilməz olması ilə bağlı xəbərdarlıq edib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ