Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
26/04/2024
Avropa parlamentində səlibçilik düşüncəsi
Aprelin 25-də Avropa Parlamenti Azərbaycana qarşı növbəti qərəzli addımını atdı. 2021-ci ildən bu günədək AP Azərbaycana qarşı yalan və iftira dolu, obyektivlikdən uzaq 8 qətnamə qəbul edib. Sonuncu qətnamə Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqlarına həsr olunub. Paradoksal vəziyyət yaranıb. Avropa Parlamenti bizə qarşı vətəndaş cəmiyyəti və insan hüquqlarına görə qətnamə qəbul edir, ancaq həmin qətnamənin qəbul edildiyi gün, yəni aprelin 25-də Ermənistan polisi
Yerevan küçələrində mitinqə çıxan müxalifətçiləri həbs edir. Son bir neçə gün ərzində Ermənistan hakimiyyəti ölkəboyu 100-dən çox şəxsi həbs edib. Yəni küçələrdə insanları döyən erməni polisidir, qətnamə isə bizə qarşı qəbul olunur.
Bu gün REAL TV-də qətnamə və onun qəbulu prosesinin arxasında duran Azərbaycanafob dövlətlərin gözləntiləri barədə maraqlı müzakirəmiz oldu.
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.