Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


06/10/2023

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə növbəti qərəzdir

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə erməni lobbisi ilə sıx əlaqədə olan korrupsiyalaşmış qurumun nümayiş etdirdiyi növbəti qərəzdir.

Qətnamənin mətni ilə səthi tanışlıq aşkar ermənipərəstliyi və Azərbaycana qarşı küdurəti üzə çıxarır. Bu azmış kimi, yol verilən hüquqi və siyasi səhvlər qətnamənin tərtib edilməsi və qəbulu zamanı avroparlamentarilərin beynəlxalq hüquq, ədalət, obyektivlik kimi anlayışlardan nələrinsə müqabilində uzaq olduqlarını göstərir.

Avropa Parlamentinin bu təlaşının səbəbləri bəllidir. 30 il idi ərazilərimizdə hər növ qanunsuz əməllər törətmiş terrorçi-separatçı şəbəkəni bəsləməklə bölgəyə nəzarət etməyə, gözləri götürmədiyi müstəqilliyimizi məhdudlaşdırmağa çalışırdılar. İndi bu “rıçaq” əllərindən çıxıb. Əməkdaşlıq etdikləri terrorçular həbs edilib Bakıya gətiriliblər. Burada mühakimə olunacaqlar, prosesin gedişatında o cümlədən Avropaya aid arzuolunmayan sirrlərin üstünü açacaqlar. Narahat olanların hər biri bu dəqiqə qəbul etdikləri qətanamədən daha çox Ruben Vardanyanın onlarla əlaqələri barədə nələri söyləyəcəklərindən qorxurlar. Hansı korrupsion maxinasiyaların üzə çıxacağını, hansı avrodeputatın erməni lobbisinin pulları ilə ələ alındığının üstünün açılacağını gözləyirlər. Reallıq budur. Yoxsa belə savadsız qətnaməni tez-tələsik tərtib və qəbul etməzdilər.

Qətnaməni hazırlayanların beynəlxalq hüquq və siyasi proseslərdən xəbəri olmaması ilk baxışda bilinir. Məsələn, yazırlar ki, Qarabağ ermənilərinə qarşı hərbi hücumu pisləyirlər. Ancaq bir dənə olsun belə fakt gətirə bilməzlər ki, hansısa sıravi erməniyə qarşı zorakılıq edilib. Antiterror əməliyyatını “beynəlxalq hüquqa zidd” sayırlar. Qətnaməyə səs verənlərdən hansı razı olar ki, təmsil etdikləri dövlətin ərazisində 30 il ərzində qanundan kənar terrorçu rejim fəaliyyət göstərsin?

Hazırki vəziyyəti “etnik təmizləmə” kimi qiymətləndirirlər, hətta Azərbaycan hərbçilərinin mülki əhaliyə qarşı “zorakılığı”ndan şikayətlənirlər. Bəs fakt və sübut? Təbii ki, yoxdur və olmayacaq da. Hansı etnik təmizləmədən söhbət belə gedə bilər ki, Azərbaycan dövlət başçısı səviyyəsində erməni azlığına təhlükəsizlik təminatı verib? Qarabağı tərk edən bir nəfər erməni belə ona qarşı zorakılıq edildiyini bildirməyib və Ermənistana könüllü getdiyini deyib. “Etnik təmizləmə” barədə necə danışmaq olar ki, son 3 ildə Azərbaycan Prezidenti dəfələrlə erməniləri vətəndaşlıq qəbul etməyə çağırıb?

Qətnamə müəllifləri və onu qəbul edənlər BMT-nin işğaldan azad edilmiş ərazilərə etdiyi səfərin nəticələrindən narazılıqlarını bildirirlər. BMT missiyasını qeyri-obyektivlikdə suçlamaq nə deməkdir? Aydındır ki, BMT onların arzuladıqları nəticələri əldə edə bilməyib və gözləntiləri doğrultmayıb. BMT-nin aksiyasını etibarsız imicdə təqdim etmək cəhdi qətnamənin hansı məqsəd və mərama xidmət etdiyinin göstəricisidir. Prinsipcə, biz Avropa Parlamentinin bu qəbildən olan qətnamələrinə adət etmişik. Orada təmsil olunan deputatların hansı stimullaşdırıcıların, həvəsləndirici amillərin təsiri ilə belə qeyri-professional, həvəskar sənədlər hazırladıqlarını bilirik. Bu, bizi nə yolumuzdan, nə də doğma torpaqlarımızdan çəkindirə bilməz.

https://report.az/xarici-siyaset/avropa-parlamentinin-azerbaycana-qarsi-qebul-etdiyi-qetname-novbeti-qerezdir/?fbclid=IwAR2tzsMgo72GBEkWxoLePFqgK46BSjo152z_8T9Xmdydk9X3My4liHILoLc

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ