Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


17/08/2023

Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi

Ermənistanın tələbi ilə keçirilmiş BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi ilə başa çatdı. Bizim əsaslandırılmış və beynəlxalq hüququn prinsip və tələblərinə uyğun mövqeyimiz, habelə TŞ-nin daimi və müvəqqəti üzvlərinin problemə ədalətli yanaşması göstərdi ki, 44 günlük Vətən müharibəsində qazandığımız qələbə haqqlıdır və onun nəticələrinin geriyə dönüşü yoxdur. Təəssüf ki, bunu anlamayan, daha doğrusu anlaya bilməyən Ermənistan rəhbərliyi döyüş meydanında aldığı acı məğlubiyyəti həzm edə bilmir, bunun diplomatik müstəvidə kompensasiya edilə biləcəyinə dair xam xəyallar qurur. Nəticəsi isə göz qabağındadır. 

Azərbaycanın bu diplomatik qələbəsi tək Ermənistan və separatçı xunta deyil, onları dəstəkləyən, ölkəmizə və xalqımıza qarşı qərəzli mövqedə duran bəzi dövlətlərin də iflasıdır. Onillər boyu BMT TŞ-nin 5 üzvündən biri olan dövlətin gənc, yeni müstəqillik əldə etmiş Azərbaycandan diplomatik dərs alması onun rəhbərliyinin dünya çapında növbəti dəfə rüsvay olması deməkdir. 

Bir vətəndaş və millət vəkili olaraq xalqımızı bu qələbə münasibəti ilə təbrik edir, müstəqil dövlətimizə yeni zəfərlər arzulayıram! Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ