Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


13/10/2020

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı

Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatı nəticəsində erməni işğalından azad olunan kəndlərimizdən biri də Talış kəndidir. Tarixçi Türkan İlqar bu kəndin tarixi barədə maraqlı material hazırlayıb. Onu sizlərin diqqətinə təqdim edirik: 
XVIII əsrdə Qarabağda 5 məliklik olub - Vərəndə, Dizaq, Gülüstan (Talış), Xaçın və Cəraberd. Bu məlikliklər Qarabağ xanına tabe idilər. Talış kəndi XVIII-XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin (Talış məlikliyinin) mərkəzi idi. 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinin adı toponomik cəhətdən sözügedən məlikliyin adından götürülüb. 
Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsində olan Talış kəndi, sonralar isə Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, ardınca isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiya tərəfindən ilhaq edilib. Bəzi mənbələrdə Talış mahalı, Talış məlikliyi  adlanır. Hökmdarı Məlik Usub olub. Əsilləri Şirvandan gəlmədir. Qarabağın tarixinə “Xəmsə məlikləri” kimi düşmüş beş məliklikdən biri - Gülüstan Məlikliyinin əsasını Səfəvi ordusunda yüzbaşılıq edən, Şah Abbasın Osmanlılara qarşı apardığı müharibələrdə fərqlənən bir şəxs qoyub. Müsəlman türklər arasında “Qara Yüzbaşı”, xristian türklər, yəni albanlar arasında isə “Qara Abov” adı ilə məşhur olan bu şəxs əslən Qəbələ yaxınlığındakı Nic kəndindən idi və milliyyətcə udindir. Yəni digərləri kimi alban-qıpçaq soyuna mənsub deyildi.
Talış kəndi Ağdərə rayon mərkəzindən 28 km şimalda, 600 metr yüksəklikdə yerləşir. Talış kəndinin ən hündür zirvələrindən biri Qəhrlər zirvəsidir. Ərazisi 6400 hektardır. Əhali əsasən bağçılıq, maldarlıq və əkinçilik təsərrüfatı ilə məşğul idi. Kəndin ərazisində orta məktəb və tibb məntəqəsi mövcud olub. Talış kəndinin yaxınlığında Örük vəngi (monastrı) yerləşir. Tərtər rayonunun tarixi abidələr və arxeoloji qazıntılarla məşhur Borsunlu kəndi ilə həmsərhəddir. Talış kəndi Qarabağda 5 əsas məlikdən biri - Ergi məliyin yaşadığı kənddir. Kəndin özü və ətrafındakı Çaylı kəndi 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra İran ərazisindən köçürülmüş ermənilərlə məskunlaşdırılıb. 1905-ci ilə qədər Talış kəndinin ətrafında sırf azərbaycanlı əhalidən ibarət Pirxudu, Dəmirlər, Çıraqlı kəndləri olub ki, 1905-1907-ci illər hadisələri zamanı tamamilə yandırılıblar (1905-ci ilin oktyabr-noyabr aylarında). Çıraqlı kəndinin əhalisi hazırki Ağdərə rayonunun ətrafına köçüb və bir müddət orada yaşayıb. Sonradan kəndin adı dəyişdirilərək Qasapet qoyulub. 
Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində keçmiş Mardakert (Ağdərə) rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Talış da Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Talış kəndi Qarabağ müharibəsinin əvvəlində Ermənistan ordusu tərəfindən işğal olunub, lakin 1992-ci ilin Ağdərə əməliyyatı zamanı ermənilərdən təmizlənib. 1994-cü ilin aprel ayında hücum edən erməni qüvvələri kəndi yenidən nəzarət altına alıblar. 
Erməni mənbələrinin verdiyi məlumata görə, kənddə 2005-ci ildə 581 nəfər yaşayırdı. 
2-5 aprel 2016-cı il tarixində o istiqamətdə gedən döyüşlərdə sözügedən kəndin bir neçə yüksəkliyi ordumuz tərəfindən nəzarətə götürülüb. 27 sentyabrdan başlayan əks-hücum əməliyyatı nəticəsində erməni işğalından tam azad edilib.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ