Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
20/07/2020
Azərbaycan prospektində yeni işıqlandırma sistemi
Azərbaycan prospektinin Ş.Əzizbəyov və S.Rəhimov küçələrinin arasındakı hissəsinin asfalt örtüyü təmir olunan zaman sakinlərin bizdən daha bir istəyi oldu: küçənin işıqlandırılmasına kömək etmək. Eyni məzmunlu müraciəti bizə Ş.Qurbanov 17 ünvanındakı çoxmənzilli yaşayış binasının sakinləri də etmişdilər. Azərbaycan prospektinin bu hissəsi ilə sözügedən binanın həyətləri paralel şəkildə "qonşudurlar".
Müraciətləri Yasamal Rayon İcra Hakimiyyəti və "Azərişıq" QSC-nin mütəxəssisləri ilə dəyərləndirdik. Çox sağolsunlar, seçicilərin müraciəti və bizim xahişimizi yerə salmadılar.
İşlərimiz bax belə rəvan, niyyətlərimiz işıqlı olsun! Birlikdə güclüyük!
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.