Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


07/07/2023

Azərbaycan-Rusiya Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclası keçirilib

Dünən Moskvada Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin rəhbərlik etdiyi heyət ilə Azərbaycan və Rusiya qanunverici orqanlarının Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etdik. Həmkarlarım Emin Hacıyev və Azər Badamov, Milli Məclis Aparatının Beynəlxalq əlaqələr şöbəsinin Protokol sektorunun rəhbəri İlqar Nəbiyevin və Rusiyadakı səfirimiz Polad Bülbüloğlunun da iştirak etdikləri iclasda ölkələrimiz arasında mövcud əlaqələrin müxtəlif spektrlərinə toxunuldu, əsasən sərhəd keçid prosesində yaranan maneələrin həlli istiqamətində müzakirələr oldu. Habelə parlamentlərarası münasibətlərin müxtəlif istiqamətlərinə dair fikir mübadiləsi apardıq. Dövlətlərarası münasibətlərin fərqli aspektlərinə, hazırki ikitərəfli siyasi və iqtisadi əlaqələrə dair çıxış etdim. 

İclasda komissiyanın Rusiya tərəfindən rəhbəri Federal Məclisin Federal Şurasının sədr müavini Qalina Karelova, Dövlət Dumasının və Federal Şuranın müxtəlif komitələtinin sədrləri və sədr müavinləri iştirak  edirdilər.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ