Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/01/2023

Azərbaycan və Çexiya arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbir keçirilib

Bu gün Xarici İşlər Nazirliyində Azərbaycanla Çexiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbirdə iştirak etdim. Tədbirdə XİN-in rəhbər heyəti və Çex Respublikasının Azərbaycandakı səfiri və səfirliyinin əməkdaşları iştirak edirdilər.

Xarici işlər nazirinin müavini Fariz Rzayev münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini bildirdi və iki ölkə arasında iqtisadi əməkdaşlıq, habelə mədəniyyət, elm, təhsil və turizm sahələrində reallaşdırılmış intensiv mübadilələrdən danışdı.

Çex Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Milan Sedlacek bildirdi ki, növbəti ay Praqada Azərbaycan - Çex Respublikası hökumətlərarası komissiyasının iclası keçiriləcək. Diplomat Azərbaycanla yalnız iqtisadi əlaqələrə təkan verilməsinə deyil, eyni zamanda, mədəniyyət və turizm sahəsində də əməkdaşlığın daha da inkişafına çalışacağını dedi. Səfir Milli Məclis sədrinin və xarici işlər nazirinin Çexiyaya dəvət olunduğu və bu səfərləri səbrsizliklə gözlədiklərini vurğuladı.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ