Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


02/02/2024

Azərbaycan və Çexiya parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olundu

Dünən Milli Məclisin Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə birlikdə ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdük. Ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası əlaqələrin önəmi, hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyəti, mütəmadi qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini vurğuladıq.

Təbii ki, çexiyalı həmkarlarımızı torpaqlarımızın 30 il ərzində işğal altında olması, Ermənistan silahlı qüvvələri və ərazimizdə qanunsuz fəaliyyət göstərən hərbi-kriminal xuntanın törətdiyi cinayətlər, xalqımızın soyqırımı, şəhər və kəndlərimizin talan edilib viran qoyulması barədə ətraflı məlumatlandırdıq. Xüsusi monitorda torpaqlarımızın işğal dövründə və hazırki vəziyyətinə dair videogörüntülər nümayiş etdirildi. İşğaldan azad edilmiş bölgəmizdə həyata keçirilən miqyaslı bərpa-quruculuq işləri barədə danışdıq.

Eyni zamanda, işğal faktorunun törətdiyi humanitar böhran məsələsinə ətraflı toxunduq, 1 milyon qaçqın və məcburi köçkün olmuş əhalimizin illər boyu böyük iztirablar içində yaşadıqlarından bəhs etdik. İndi Ermənistan rəhbərliyi və separatçıların təxribatına uyub könüllü surətdə Azərbaycan ərazisini tərk edən etnik ermənilərə müxtəlif dövlətlər və təşkilatlar tərəfindən maliyyə dəstəyi edilir. Ancaq biz illər boyu öz torpaqlarında məcburən köçkün həyatı sürmüş əhalimizə həmin dövlətlər tərəfindən bu diqqət və qayğını görməmişdik. Bizim insanlarımız yurd-yuvalarından, ana vətəndən öldürülərək, işgəncələrə məruz qalaraq qovulub, zorla çıxarılıb. Ermənistana öz xoşları ilə köçən ermənilər isə bizim hüquq-mühafizə orqanlarımızın, səhiyyə işçilərimizin himayəsində olub, yol boyu onlara su və qida vermişik.

Bu gün AŞPA kimi qurumlar birtərəfli mövqe tutaraq Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Ancaq ötən 20 il ərzində bizim nə hazırki Ermənistanda olan tarixi yurdumuzdan qovulan soydaşlarımıza, nə də Qarabağdan köçkün olmuş əhalimizə diqqət ayırmayıb, onların yaşadıqları humanitar fəlakət barədə düşünməyib. Bizim gördüyümüz yalnız ikili standartlar olub

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ