Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


15/07/2020

Azərbaycan xalqı Ordu və Əsgərinin arxasındadır

Azərbaycan xalqı hər zaman öz Ordu və Əsgərinin arxasında olub. Xalqımız bu birliyi dünən bir daha sübut etdi. Xalq və Ordu ətlə dırnaq kimidir, onları bir-birindən ayırmaq mümkün deyil. Biz bir daha bütün dünyaya nümayiş etdirdik ki, torpağımız, Vətənimiz uğrunda, hər bir şəhidimizin qisası naminə son damla qanımızadək döyüşmək üçün Silahlı Qüvvələrimizin yanındayıq. Qoy bu, torpaqlarımızın işğalına illərdir susan, işğalçı Ermənistanın aqressiyasına göz yuman dünya birliyi üçün bizim mesajımız olsun!
Əziz həmvətənlər! Dəyərli seçicilərim! Bacı və qardaşlar! Hər birimiz Qarabağımıza, şəhər və kəndlərimizə qovuşmaq üçün alışıb yanırıq və bu günün gələcəyinə inanırıq. Ancaq səhv etmək lüksumuz yoxdur, addımlarımız ölçülüb biçilməlidir. Arxamızda dövlətimiz və Ali Baş Komandanımız var. Cəbhədə Ordumuz öz vəzifəsini peşəkarlıqla yerinə yetirir. Bu Ordu 30 il ərzində şərəfli inkişaf yolu keçib, professionallaşıb, yüksək səviyyəli peşəkarlar tərəfindən idarə olunur. Ordumuz son məqsədimiz - Şuşaya üçrəngli bayrağımızı sancmağa hazırdır və qadirdir. Bizim hazırda qarşımızda duran ən böyük vəzifə isə Əsgərimizə mənəvi dəstəyimizi verməkdən ibarətdir. Hər birimiz bir əsgərik, lazım olan anda biz də Vətənimiz qarşısında borcumuzu ödəməyə hazır olmalıyıq. Hələlik isə bu işi peşəkarlar görür. Gəlin bir olaq və Ali Baş Komandanın əmrini gözləyək!
Yaşasın müstəqil Azərbaycan! Var olsun xalqımız! Qarabağ Azərbaycandır!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ