Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


09/02/2023

Azərbaycandan qardaş ölkəyə dəstək davam edir

Bu gün həmkarlarımla birlikdə Bakı İdman Sarayında Türkiyədə zəlzələdən zərər çəkmiş qardaş və bacılarımıza yardım məqsədilə təşkil edilən kampaniyanın gedişi ilə tanış olduq. Könüllülərimizə dəstək verdik, onları ruhlandırdıq. Sağolsun gənclərimiz, Heydər Əliyev Fondunun təşəbbüsünə qoşulub canla-başla vətəndaşlıq borcunu yerinə yetirirlər. Xalqımızın belə mütəşəkkil surətdə, könüllü, səmimi şəkildə bu ümummilli aksiyaya qoşulması hər bizimizi fərəhləndirir. Bu birlik bizim qürur mənbəyimizdir.
Aksiya təşkilatçıları ilə söhbət etdik, prosesin gedişatını izlədik, yardımlarımızı çatdırdıq. İdman sarayının zalı son iki gündə dəfələrlə dolub-boşalıb. Gətirilən yardımlar xüsusi yoxlanışdan sonra səliqəli formada təyinatı üzrə qutulara yerləşdirilir və qardaş Türkiyəyə göndərilir. Əminəm ki, Türkiyə bu çətin durumdan alnıaçıq, dəyanətlə çıxacaq və daha güclü olacaq. Türkiyənin acısı acımız, sevinci sevincimizdir!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ