Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.
ELNUR ALLAHVERDİYEV SİZİN DEPUTATINIZDIR, ONA
MÜRACİƏT
EDƏ BİLƏRSİNİZ
SEÇİLƏN ÜNVAN
02/02/2022
Azərbaycandilli Vikipediya 358 milyon dəfə ziyarət edilib
2021-ci ilin dekabr ayında Vikipediyanın Azərbaycan dili bölməsindəki məqalələrə 34 milyon baxış olub. İl boyu isə Azərbaycandilli Vikipediya 358 milyon dəfə ziyarət edilib.
Ötən həftə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi tərəfindən “Viki Klub” layihəsinə start verilib. “Qorqud” Vikipediya Metodik Klubunun tərəfdaşlığı ilə könüllü təlimçilər 30 nəfər gəncə 10 hissəli təlimlər keçəcəklər. Cənubi Qafqazın ən böyük siyasi partiyasının gənclərinin ölkəmizdə Vikipediyanın populyarlaşması prosesinə ciddi töfhəsi olacaq.
“Qorqud” Vikipediya Metodik Klubunun təlimlərində iştirak edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “viki” könüllüləri tərəfindən görkəmli yazıçı Əzizə Cəfərzadə haqqında məqalə özbək dili bölməsində yaradılıb:
“Qorqud” Vikipediya Metodik Klubu və Rumıniyada Azərbaycanın Dostları Assosiasiyasının ortaq təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində rumın dili bölməsində məqalələr zənginləşdirilir. Ötən həftənin məqaləsi Hacı Quluların mülkü haqqındadır:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin redaktoru Taleh Mirzəyev tərəfindən ADPU-nun yubiley nəşrləri seriyasına daxil olan kitablar haqqında məqalələr yaradılıb:
Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.