Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


18/08/2020

Gəncəsər məbədi

Azərbaycanın Ağdərə rayonunun Vəngli kəndində yerləşən Gəncəsər məbədi XIII əsr alban xristian kompleksidir və XIX əsrə qədər Qafqaz Albaniyasının dini və mədəni mərkəzi olub. Rus çarı I Nikolayın 11 mart 1836-cı ildəki fərmanına əsasən, Alban katalikosluğu ləğv edilib, Alban Apostol kilsəsi erməni-qriqoryan kilsəsinin tabeliyinə verilib. Dünya kilsə kanonlarına (təlimatına) görə, istənilən kilsəni, o cümlədən Şərq kilsəsini yalnız Kilsə ləğv edə bilər. Apostol kanonlarının əsasını təşkil edən qaydalardan xəbərdar olan I Nikolay “erməni kartı”na istinad edərək Alban Apostol kilsəsinin idarəçiliyini erməni-qriqoryan kilsəsinə verib. Alban katalikoslarının kafedrası hesab olunan Gəncəsər məbədi ermənilərin nəzarətinə keçərək, zoraki ermənişləşdirməyə məruz qalıb və 1837-ci ildə monastırının tarixi missiyasına son qoyulub. Hazırda Gəncəsər (ermənilər Qandzasar deyir) Ermənistana və Dağlıq Qarabağa səfər edən dünya ermənilərinə dini-mədəni mərkəz kimi təqdim olunaraq ziyarətgaha çevrilib. 
Gəncəsər məbədinin divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "Alban geniş vilayətinin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Cəlal Dövlə və anası Xorişə (Arzu) Xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". Məbədin həyətində, ona aid olan qəbiristanlıqda 2000-2009-cu illərdə 15-dən çox qəbir və xaç daşları quraşdırılıb. Bu daşların məbəd ərazisinə gətirilməsinin qaranlıq tarixçəsi var. İşğal altında olan Umudlu (ermənilər kəndin adını dəyişib Akanaberd qoyublar) kəndinin icra nümayəndəsi Qriqoryan Meroj Ardavazoviç tarixi saxtalaşdırmanın iştirakçısıdır. Kəndin Nizami adına sovxozunun azərbaycanlı sədri Əbilov Baloğlan Binnət oğlunun evini zəbt edib orada yaşayır. Qriqoryan Umudlu kəndində yerləşən və Həsən Cəlalın irsi mülkü olan Akana qalasından tarixi abidələri və yazıları, daş kitabələri, sinə daşlarını Qarabağın müxtəlif istiqamətlərinə, o cümlədən Gəncəsər məbədinə öz avtomobili ilə daşıyaraq təhriflərin əsasını qoyub. Gəncəsər məbədinin daxili divarları üzərindəki yazılar və bədii nümunələr silinib, qırmızı və qara rənglərlə bütün divarlar boyu erməni dilində yazılarla bəzədilib. Kompleksin daxilindəki knyaz Həsən Cəlal Dövlənin qəbri üzərindəki sinə daşını sındırıb, üzərində həkk olunmuş bədii ornamentlərin bir çoxunu məhv ediblər. Kompleks 1994-cü ildən etibarən Ermənistan respublikasının abidələri siyahısına daxil edilib və erməni kilsəsi kimi təbliğ olunur. Yeri gəlmişkən, Azərbaycanın Ermənistana qarşı Avropa Məhkəməsində 2011-ci ildə qaldırdığı iddiada bu məqama toxunulub. 
Daha bir maraqlı fakt. Sinə daşında yazılıb: “Burada Böyük Cəlal uyuyur, dualarınızı əksik etməyin; 1431-ci il”. Maraqlıdır ki: 
- Bu yazının yazıldığı axşrabarca 1937-ci ildən sonra tətbiq olunub, lakin tərcümədə 1431-ci il göstərilir;
- Mətndə Böyük Cəlalyan deyil, Böyük Cəlal yazılır. 
Qeyd: 
Axşrabarca qrabarcadan çox fərqlənir. Çünki qrabar dili fars, türk və yunan sözlərinin qarışığından ibarət olub. İlk dəfə qrabarcanın 400  fars və  türk  mənşəli  sözlərindən ibarət olması, erməni dili ilə heç bir əlaqəsinin olmaması haqqında Yerevanda ali təhsil alıb qrabarcanı erməni dili ilə bərabər öyrənən tanınmış  azərbaycanlı filoloq, mərhum M.Seyidov qeyd edib. 
Ermənilər Gəncəli Kirakosun yazılarına istinad edərək Həsən Cəlalın Calalyan, Vaxtangiyan olduğunu bildirirlər. Lakin Rəşid Göyüşov yazır ki, “Xaçın knyazlığının hökmdarları Cəlalidlər sülaləsidir. Bu sülalənin nümayəndələri  “Sünikin və  Albaniyanın” hökmdarı, “Albaniya Çarı”, “Albaniya ərazisinin sahibi” titullarını daşıyırdılar”. 
Monastırın erməni abidəsi kimi təbliğ olunması işğaldan öncə başlayıb. Şaqen Mkrtçyanın “Dağlıq Qarabağın tarixi-memarlıq abidələri” adlı kitabında bütün abidələr kimi, Gəncəsər monastırı da “qədim erməni abidəsi” kimi təqdim olunur. Müəllif abidənin, həmçinin XVII əsrdə erməni xalqının Ermənistanın Rusiyaya birləşmək uğrunda apardığı milli-azadlıq hərəkatının mərkəzi kimi də göstərir. Ümumiyyətlə, tək Gəncəsər monastırı deyil, Qarabağdakı alban mədəniyyətinə aid bütün abidələr erməniləşdirməyə məruz qalıb.
XVIII yüzillikdən başlayaraq Rusiya imperiyasının apardığı xristian əhalinin erməniləşdirilməsi siyasəti türk xristian əhalisi tərəfindən qəbul edimirdi, onların yurdlarına köçürülən haylar ustalıqla tərk edilmiş vənglərə (kilsə) sahib çıxırdılar və burada öz qədimliliklərini sübut etməyə çalışırdılar. Bəzən bizlər tərəfindən də yanlış olaraq Qarabağ ermənilərinin alban olması qeyd edilir və bu səhv fikir bölgəyə köçürülmüş ermənilərdə “aborigen”lik, “avtoxton”luq qənaəti formalaşdırır. Halbuki, bu bölgədə olan xristian əhali əsasən türk xristianları idi və onların da əksəriyyəti Rusiya işğalından sonra “erməni” kimi yazılmaq istəmir və İslamı qəbul edirdilər. Dini ayrı qardaşlar eyni dinli oldular, ancaq erməni-haylara heç bir aidiyyəti olmayan qədim kilsələrini “itirdilər”... 
1993-cü il aprelin 3-dən Ermənistan silahlı qüvvələrinin işğal altında olan abidənin memarlıq quruluşu və interyeri ermənilər tərəfindən qeyri-qanuni olaraq dəyişikliklərə uğradılıb. Divar yazıları korlanıb, abidənin divarları üzərində olan bir neçə daş yazıları, eləcə də Albaniya dövrünə aid xeyli sayda ornament və simvollar tamamilə silinib, onlardan bir çoxunun formaları dəyişdirilərək tanınmaz hala salınıb. 2000-ci ildən təmir adı altında abidənin memarlıq quruluşuna ciddi zərər vurulub, interyerinə və fasadlarına müxtəlif heyvan fiqurları yerləşdirilib. 
Məbəd kompleksinin memarlıq planlaşdırma və kompozisiya həlli, heykəltəraşlıq nümunələri və diofizit xarakterli elementləri onun çoxəsrlik ənənələri olan Qafqaz Albaniyası memarlığına aid olduğunu təsdiq edir. 1985-ci ildə bərpa edilmiş Gəncəsər monastırı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na daxil edilib.
(Tarixi faktları təqdim etdiyinə görə tarixçi-Qafqazşünas Türkan İlqara təşəkkürümüzü bildiririk)


Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ