Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


26/08/2020

Bu gün Azərbaycanın birinci xanımının ad günüdür

Bu gün Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ad günüdür. Mehriban xanım ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı müstəsna xidmətləri ilə Azərbaycan qadınının simvoluna çevrilib. Onun fəaliyyəti xeyirxahlıq, nəciblik, istiqanlılıq anlayışları ilə təcəssüm edilir.
Mehriban Əliyeva fəal ictimai xadim olmaqla yanaşı qayğıkeş həyat yoldaşı və anadır. Ölkəmizin mədəniyyət, incəsənət, idman sahələrində həyata keçirilmiş bir çox uğurlu layihələr Mehriban xanımın adı ilə bağlıdır.
Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Bura valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir. Fondun ölkəmizin həyatındakı rolu, habelə respublikamızın hüdudlarından kənarda nüfuz qazanması Mehriban xanımın yorulmaz fəaliyyəti ilə bağlıdır. Azərbaycanın qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsinin bütün dünyaya nümayiş etdirilməsi nöqteyi-nəzərindən Mehriban Əliyevanın müstəsna xidmətləri var

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ