Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


30/03/2023

Azərbaycanın İsraildəki səfirliyi fəaliyyətə başladı

Dünən Azərbaycanın İsraildəki səfirliyinin açılışında iştirak etdik. Martın 28-dən etibarən xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətimiz İsraildədir. Səfərdə millət vəkili həmkarlarım - Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Anatoliy Rafailov, Ağalar Vəliyev, Fatma Yıldırım, Arzu Nağıyev, Asim Mollazadə və Rasim Musabəyovla birgə iştirak edirik. 

Səfər çərçivəsində XİN rəhbəri C.Bayramov həmkarı  Eli Koen, müdafiə naziri Yoav Qalant və İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşlər keçirdi.

İsraildə səfirliyimizin açılması tarixi hadisədir. İsrail yerləşdiyi regionun nüfuzlu dövləti və Azərbaycanla strateji münasibətlərə malik dost ölkədir. İsraillə siyasi, diplomatik və hərbi sahədə olduqca pozitiv münasibətlərimiz mövcuddur. İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü bütün müstəvilərdə müdafiə edib. 

Ölkəmizdə fəal və vətənpərvər yəhudi icması fəaliyyət göstərir. İcmanın hərtərəfli fəaliyyəti üçün münbit şərait yaradılıb.

Ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasından 30 il ötür. Səfirliyimizin fəaliyyəyə başlaması bu illər ərzində formalaşmış möhkəm dostluq münasibətlərimizə yeni təkan verəcək.

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ