Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.


07/06/2024

Azərbaycanla Özbəkistan arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair tədbirlər planı imzalanıb

Azərbaycan Respublikası Milli Məclisi ilə qardaş Özbəkistan Respublikası Ali Məclisi Senatı arasında parlamentlərarası əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üçün praktiki tədbirlər planı ("Yol Xəritəsi") imzalanıb. Sənədi Azərbaycan tərəfindən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfindən isə bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.

Dost və qardaş ölkələrimiz, dövlət başçılarımız arasında mövcud olan yüksək səviyyəli münasibətlər qanunvericilik orqanlarımız arasında da əlaqələrin daha da genişləndirilməsinə stimul verir. Bu mənada imzalanan "Yol xəritəsi"nin parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşməsində əhəmiyyəti olduqca böyükdür.

Sənəddə qarşılıqlı səfərlərin təşkili, qanunvericilik fəaliyyəti sahəsində təcrübə mübadiləsi, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı fəaliyyət və digər məsələlərlə əlaqədar müddəalar öz əksini tapıb.

Bizim yolumuz Türk birliyi və həmrəyliyi yoludur!

Elnur Allahverdiyevə müraciət edin.

Hörmətli vətənadaşlar, hər birinizin müraciəti bizim üçün vacibdir. Sual, təklif və şikayətlərinizlə cavab verə bilmək üçün ad, soyad, şəxsiyyət vəsiqənizin nömrəsini və telefon nömrənizi düzgün daxil etməyinizi vacibdir.


Qeydiyyatda olduğunuz ünvanı seçin

Hörmətli vətənadaşlar, aşağıdakı məlumatları dolduraraq siz sayt daxilində açar söz və ya Elnur Allahverdiyevin sizin yaşadığınız ərazinin deputatı olması haqqında axtarış apara bilərsiniz.

DAİRƏMİZ